TƏHSİL

700 bal toplayan tələbə: "Məqsədim ali təhsilimi...."
21 DEKABR 2018
126

700 bal toplayan tələbə: "Məqsədim ali təhsilimi...."

2018-12-21 16:40:00

Bu gün Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Fins.az xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 700 ballıq tələbəsi Lalə Novruzova da çıxış edib. Özü haqda məlumat verərkən bildirib ki, Cəbrayıl rayon, məcburi köçkün məktəbindən məzun olub: “2015-ci ildə maksimal bal toplamağım mənim üçün qürurdur. Hazırda təhsil aldığım DİA-nın prioriteti peşəkar mütəxəssislər yetişdirməklə yanaşı, onları milli ruhda yetişdirməkdir. Akademiyada oxuduğum illərdə uğurlarımı genişləndirə bildim. Artıq bir məqaləm xaricdə nəşr olunub. Bundan sonrakı əsas məqsədim ali təhsilimi növbəti pillədə davam etdirmək olacaq”.

Qeyd edək ki, qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264