TƏHSİL

Bakıda daha bir ali məktəb açılacaq
21 DEKABR 2018
931

Bakıda daha bir ali məktəb açılacaq

2018-12-21 17:45:00

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Bakıda və Daşkənddə filiallarının və Uzaq Şərq Federal Universitetinin (UŞFU) bazasında bölməsinin açılması istiqamətində iş aparır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin Müşahidə və Qəyyumlar şuralarının birgə iclasında bildirib. Fins.az-ın məlumatına görə, AzEdu.az“TASS” agentliyinə istinadla bilidirir ki, S.Lavrov MDBMİ-nin ölkə xaricində öz mövqelərini möhkəmləndirdiyini, öz filiallarının yaradılması istiqamətində Azərbaycan və Özbəkistan ilə birgə hazırlıq işləri apardığını qeyd edib.

Rusiya XİN başçısının sözlərinə görə, hazırda Azərbaycanda və Özbəkistanda filialların açılması üçün MDBMİ-nin nizamnaməsinə müvafiq dəyişikliklər edilir. “Əlbəttə ki, bu addım Rusiyanın MDB məkanında humanitar əlaqələrinin genişlənməsinə kömək edəcək”, - deyə S.Lavrov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267