TƏHSİL

Azərbaycanda rektor işçilərinə pul payladı
20 DEKABR 2018
353

Azərbaycanda rektor işçilərinə pul payladı

2018-12-20 12:57:00

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Elxan Hüseynov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə kollektivi pul mükafatı ilə sevindirib. Fins.az xəbər verir ki, rektor qarşıdan gələn bayramlar münasibəti ilə  kollektivi təbrik edib, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzulayıb.

Qeyd edək ki, Elxan Hüseynovun imzaladığı əmrə əsasən, işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263