TƏHSİL

“Dünya iqtisadiyyatı və Azərbaycan”ın təqdimatı oldu
20 DEKABR 2018
172

“Dünya iqtisadiyyatı və Azərbaycan”ın təqdimatı oldu

2018-12-20 09:17:00

Bu gün Azərbaycan Kooperasiya Universitetində Azərbaycan İqtisadçılar Birliyi və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə İ.e.d. professor Elşən Hacızadənin "Dünya iqtisadiyyatı və Azərbaycan" adlı kitabının təqdimat mərasimi keçirilib. Fins.az xəbər verir ki, mərasimi giriş sözü ilə Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev açıb.

"İqtisadiyyatın sürətli inkişafı, beynəlxalq münasibətlərin dərinləşməsi, iqtisadi inteqrasiya prosesinin geniş vüsət alması ilə Azərbaycan iqtisadiyyatına dünyada marağın artmasının bu gün əyani şahidi oluruq. İqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Ümummilli Liderin Heydər Əliyevin fəaliyyətilə, onun bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olmuşdur". - deyən rektor, məhz bu gün təqdimatına toplaşdığımız "Dünya İqtisadiyyatı və Azərbaycan" kitabında da bütün sadalananlara ən yüksək səviyyədə elmi əsas verildiyini qeyd edib. Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyinə belə tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

Z.Səmədzadə kitabın ümumi mahiyyəti barədə çıxış edərək bildirib ki, bu kitab həqiqətən müasir dövrün bütün iqtisadi yeniliklərini özündə cəmləmişdir. Kitabda Azərbaycan iqtisadiyyatı ilə yanaşı region ölkələrinin və ümumilikdə dünya ölkələrinin iqtisadi göstəriciləri məharətlə təhlil və müqayisə olunub.

Tədbirdə eyni zamanda Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Akif Musayev, Qorxmaz İmanov və digər alimlər çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264