TƏHSİL

Bakı məktəblərində şagirdlər sınağa çəkildi
19 DEKABR 2018
77

Bakı məktəblərində şagirdlər sınağa çəkildi

2018-12-19 13:13:00

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Fins.az-a bildirilib ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir. Yarışda BŞTİ-nin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib. Bilik yarışının Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ilk mərhələsində komandalar Azərbaycan tarixi, coğrafiya, riyaziyyat fənləri üzrə biliklərini sınayıblar. Mərhələnin sonunda 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 11 xal toplayaraq digər komandalardan üstün olub.

Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər ay keçirilməsi planlaşdırılır. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254