TƏHSİL

Tələbələrin II qurultayının keçiriləcəyi vaxt AÇIQLANDI
18 DEKABR 2018
548

Tələbələrin II qurultayının keçiriləcəyi vaxt AÇIQLANDI

2018-12-18 14:39:00

Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə dekabrın 21-də Heydər ƏliyevMərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək. Fins.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qurultayın keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb. Qurultayda dövlət və hökumət nümayəndələri, deputatlar, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər.

Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

 

                                                                                                                   Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263