TƏHSİL

Azərbaycanda universitet rektorundan nümünəvi addım
18 DEKABR 2018
180

Azərbaycanda universitet rektorundan nümünəvi addım

2018-12-18 12:18:00

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib. Bu barədə Fins.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib. Məlumat üçün qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256