TƏHSİL

Müəllimlər bu kitabı mütləq oxuyun!
11 DEKABR 2018
400

Müəllimlər bu kitabı mütləq oxuyun!

2018-12-11 17:44:00

Hər müəllim şagirdləri üçün  ideal tip olmağa çalışırlar. Bunun üçün onlar müxtəlif yeni tədris metodlarından istifadə edir, şagirdləri ilə bacardıqca çox ünsiyyət qurmağa çalışırlar. Amma bu peşə sahibləri şagirdlərin onlara əslində, nələr demək istədiyi, valideynlərin həmin müəllim haqqında nələr düşündüklərindən xəbərsizdirlər.

Fins.az bu məsələdə müəllimlərə kömək etmək məqsədilə son 10 ilin təhsil, tədris metodları, şagird və müəllim münasibətlərini təhlil edə biləcək, hər müəllimin mütləq oxumalı olduğu kitabları təqdim edir:

Psixoloq Peter Gray “Övladım məktəbi sevmir” –Yazıçı bu kitabını məktəb həyatını hədsiz götür-qoy edən, şagird və müəllimin hər işinə qarışan valideynlər haqqında yazdığını deyib. Psixoloq Peter Gray kitabında şagirdlərin əyləncədən qalmadan da mükəmməl təhsil almalarının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, şagird sərbəst mühitdə olduqda, daha özgüvənli böyüyür.

Julie Lythcotta Haims “Bir fərd yaratmaq”- BU kitabın müəllifi həm də həm də Stanford  Universitetində uzun müddət fakültə deknı kimi çalışıb. Xüsusilə də avtoritar valideynlərlə bağlı xeyli araşdırmaların müəllifidir. O, bu kitabında övladının hər ehtiyacını qarşılamasına baxmayaraq, getdikcə  onu özündən asılı vəiyyətə salan, sözünü yeritməyə çalışan valideynlərin necə gərgin ailə mühiti yaratdığını bildirib. Yazar kitabında şagirdləri gələcəyə necə hazırlamaqla bağlı ipucları  verib.

Jhon Taylor “Kütləşən təhsil”- Bu kitabın müəllifi illərlə ABŞ-da müəllim kimi çalışıb. Kitabda orta məktəblərdəki avoritar idarəetmə və bunun  şagirdlərə təhsilindən söz açılır. Kitabdakıları oxuyub Amerika təhsil sisteminin bugünəcən keçdiyi yol, tətbiq etdiyi təcrübələrlə tanış olmaq mümükündür.

Sir Ken Robinson “Öz” - Kitabın müəllifi TEDx-dakı monoloqları ilə milyonların qəlbinə yol tapıb. Onun TEDx-da “Məktəblər yaradıcılığı öldürür” adlı monoloqunu isə 30 mindən çox insan izləyib. Yazıçı elə bu monoloqu ilə gündəmə gəlib. Robinsona görə, “Öz” istedad və istəklərin birləşdiyi yerdir. İnsanlar “Öz”ünü kəşf etdikdə uğur əldə edə bilirlər. Onun fikrincə şagirdlərin “Öz”ünü kəşf etmək müəllimlərin öhdəsinə düşür. Ken Robinson həm də “öz”ümüzü kəşf etməyə mane olacaq şeylər haqqında kinayəli şəkildə danışır.

Joseph Javotot “Cahil müəllim” – Kitabda qeyd olunur ki, təhsil bilənlə bilməyənin, cahillə aqilin, müəllimlə şagirdin zəkalarının birləşməsidir.

Malcolm Gladvey “Xətdən kənardakılar-Bəzi insanlar niyə daha uğurlu olurlar?” - Kitabda uğurlu insanların zəki və əsəbi olmaları ilə bağlı deyilən mülahizələrdən söhbət gedir. O, uğur qazananların gerçək həyat hekayəsinin bundan daha fərqli olduğunu, əsl uğurun məktəb illərindən başlandığını iddia edir. Yazıçı kitabında Bil Qeyts və Beatlesin ortaq cəhətlərinin nə olduğunu, Asiyalıların riyaziyyatdakı uğurlarının əsas sirrinin nə olduğunu, bütün Nyu Yorklu vəkillərin keçmişlərinin niyə eyni olduğunu,  dünyanın ən savadlı insanlarının hələ adını eşitmədiyimizi bildirir.

Lindsay Gibson “Yaşa dolan valideynlərin yetişkin övladları” - Kitabda bildirir ki, avtoritar valideynlərin himayəsində böyüyən şagirdlər müəllimlərindən daha çox nəvaziş görmək istəyirlər. Bunu görə bilmədikdə isə eqolu, yalnız, paxıl insan kimi böyüyürlər. Kitabında valideynlərinən çox yol verdiyi yanlışlar və bunun məktəb həyatına təsirindən danışılır.

David Elkind “Oyunun gücü” – Müəllif kitabında bildirir ki, valideynlər övladları ilə mütləq zehni bacarıqları inkişaf etdirən oyunlar oynamalıdırlar. Onun sözlərinə görə, bu etapı keçməyən uşaqlar sinifdə yoldaşlarından seçilirlər. Kitabda müəllimlərin belə şagirdlərlə xüsusi davranış qaydaları da göstərilib.

Eline Snel “Bir qurbağa kimi sakit və diqqətli” – Kitab hazırda şagirdlərin gərgin və diqqəti dağınıq olduqlarını bildirib və müəllimin onları rahatlatmaq üçün istifadə edə biləcəyi metodlar göstərilib. Bu kitab, 5-12 yaşlı uşaqlar, onların valideynləri və müəllimləri üçün nəzərdə tutulub.

 

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264