TƏHSİL

Latviyada Azərbaycan dilinin tədrisi mərkəzi açılıb
05 DEKABR
61

Latviyada Azərbaycan dilinin tədrisi mərkəzi açılıb

2018-12-05 10:12:00

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkəmizin Latviyadakı səfirliyi və Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan diaspor cəmiyyəti tərəfindən bu ölkədə yaşayan azərbaycanlı icmasının gənc üzvləri arasında ana dilinin qorunub saxlanması və təkmilləşdirilməsi, həmçinin Azərbaycan dilinin yerli və əcnəbi vətəndaşlar üçün xarici dil olaraq tədrisinə qərar verilib.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə “Ocaq” cəmiyyətinin nəzdində Azərbaycan dilinin tədrisi məktəbi açılıb.

Azərbaycan səfirliyinin nəzdində, Latviya Universitetinin Akademik Kitabxanasında yaradılmış “Azərbaycan Mədəniyyət-informasiya mərkəzi – Azərbaycan guşəsi”ndə keçirilən Azərbaycan dili kurslarının açılış mərasimində səfir Cavanşir Axundov iştirak edib.

Diplomat Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanını rəhbər tutaraq, ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, ana dilimizin qorunun saxlanması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi üçün açılan kursların işinə və iştirakçılarına uğurlar arzulayıb.

Məktəb səfirlik tərəfindən müvafiq dərs vəsaitləri ilə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255