TƏHSİL

Dəniz Akademiyasında hindistanlı araşdırmaçı ilə görüş
30 NOYABR
175

Dəniz Akademiyasında hindistanlı araşdırmaçı ilə görüş

2018-11-30 17:26:00

Fins.az-ın məlumatına görə Hindistanın Yeni Manqalor limanının rəisi Pravin Kumar və Kolkata limanının tədqiqat üzrə direktor müavini Sarma Çaudri Azərbaycan Dövlət Dəniz Akademiyasında qonaq olub. “Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi potensialı” mövzusunda tədqiqat işi aparan hindistanlı qonaqlar ölkəmizdə ali təhsilli dənizçi kadrlar hazırlayan Dəniz Akademiyasının imkanlarına və perspektivlərinə böyük maraq göstəriblər. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsi tərəfindən həyata keçirilən “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində elmi araşdırmalar aparan hindistanlı tədqiqatçılar Dəniz Akademiyasının rəhbərliyi ilə görüşdə bu təhsil ocağında tədrisin təşkili, maddi-texniki bazası, məzunların işlə təminatı, digər ölkələrin dənizçilik universitetləri ilə əlaqələr və s. barədə çoxsaylı suallar səsləndiriblər. Görüş zamanı qonaqlara məlumat verilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strukturuna daxil olan Akademiyada yüksəkixtisaslı dənizçi kadrların hazırlanması üçün hər cür şərait mövcuddur. Burada müasir trenajor və simulyatorlar, fənn laboratoriyaları, professor-müəllim heyəti qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi texniki və intellektual baza yaradır. Dəniz Akademiyası Gəmiçiliyin bilavasitə dəstəyi ilə beynəlxalq standartlar səviyyəsində fəaliyyətini quraraq, regionda aparıcı dənizçilik ali məktəbi statusunu qoruyub saxlayır. Beynəlxalq Dənizçilik Universitetləri Assosiasiyasının üzvü olan Akademiyamızın verdiyi diplomlar dünyanın 170-dən çox ölkəsində tanınır. Bu isə məzunlarımıza istənilən ölkədə çalışmağa imkan verir.

Sonra hindistanlı qonaqlar Dəniz Akademiyasının auditoriyaları, tədris və iş şəraiti ilə yaxından tanış olublar, verilən hərtərəfli məlumata görə minnətdarlıqlarını bildiriblər.

 Eləcə də bax:Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar vergidən azad olunur? - AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256