TƏHSİL

Bu tələbələr və məzunlar Avropa Parlamentində təcrübə keçəcək
29 NOYABR
129

Bu tələbələr və məzunlar Avropa Parlamentində təcrübə keçəcək

2018-11-29 12:20:00

UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

Fins.az xəbər verir ki,  Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyən olunub. UNEC-in 3 tələbəsi və bir məzunu müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.

Qalibləri təqdim edirik:

1. Xəyal Məmmədli - SABAH mərkəzi, marketinq ixtisası, 4-cü kurs;

2. Emiliya Bayramova - Rus İqtisad Məktəbi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs;

3. Yunis Şərifli - Türk Dünyası İqtisadiyyat Fakültəsi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs.

4. Fərid Fərəcov – UNEC-in məzunu.

 Eləcə də bax: Almaniyada təhsil almaq istəyənlərin nəzərinə!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255