TƏHSİL

Kanada da dil kursları - QİYMƏT
26 NOYABR
108

Kanada da dil kursları - QİYMƏT

2018-11-26 09:34:00

Xaricdə təhsil almaq istəyənlərin ən öndəgələn seçimlərindən biri olan Kanada, Birləşmiş Millətlər Təşkilatının dünyanın yaşamaq üçün ən yaxşı ölkələri siyahılarında həmişə ən öndə gəlir. Yüksək həyat standartları, təhlükəsiz şəhərləri və anlaşıqlı ingilis dili ilə xaricdə təhsilin ən önəmli ölkələrindən olan Kanada ingilisi dili ilə bərabər, fransız dili öyrənmək üçün də mükəmməl bir seçimdir.

Kanadada dil kursu üçün ən çox seçim edilən şəhərlər sırası ilə : Toronto, Vancouver, Victoria, Halifax, Montreal ve Calgary şəhərləridir. Quebec əyalətində isə həm ingilis həm də fransız dillərində danışılır. Bu əyalətdə hər iki dildən istifadə edə və öyrənə bilərsiniz. Kanadanın kurs seçimlərində bu qədər öndə gəlməsinin digər səbəbləri isə CAD (Kanada dolları) – nın digər pul vahidləri ilə müqayisədə daha aşağı olması, həyat və yaşayış xərclərinin münasibliyidir.

Kanadalıları ‘canayaxın’  bir millət kimi təqdim etsək səhv etmiş olmarıq. Bu xüsusiyyətinə görə Kanadalılar ilə tanış olmaq, söhbət etmək bir çox ölkə və mədəniyyətlə müqayisədə daha asanddır. Bu da şübhəsiz dili daha tez inkişaf etdirən bir ünsürdür. Kanadanın böyük şəhərlərində dünyanın dörd bir tərəfindən gələn insanların yaratdığı topluluqlar bu şəhərlərin mədəniyyətini və mətbəxini zənginləşdirmişdir. Kanadada dünyanın hər tərəfindən gələn yeməkləri dadmağa hazır olun !

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256