TƏHSİL

Ölkəmizdə beş beynəlxalq ikili diplom proqramı təsis olunacaq - RƏSMİ
21 NOYABR 2018
321

Ölkəmizdə beş beynəlxalq ikili diplom proqramı təsis olunacaq - RƏSMİ

2018-11-21 16:05:00

Noyabrın 21-də Təhsil Nazirliyində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı mətbuat konfransı keçirilib.

Fins.az  xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışan C.Bayramov ölkəmizdə təhsilin inkişafı ilə bağlı səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Nazir qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərinin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

C.Bayramov Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihələrin davam etdiriləcəyini deyib. Bildirib ki, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266