TƏHSİL

Xüsusi siniflərin fərqi nə olacaq?
19 NOYABR
188

Xüsusi siniflərin fərqi nə olacaq?

2018-11-19 16:30:00
Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə istedadlı şagirdlər üçün xüsusi siniflərdə tədris prosesinin təkmilləşdirilməsi, tədris planları və proqramlarının müzakirə edilməsi, yerlərdə görülən işlər barədə məlumatların toplanılması məqsədilə seminar keçirilib.
Nazirlikdən bildiriblər ki, 120 müəllimin iştirakı ilə keçirilən seminarda rəy və təkliflər dinlənilib, müəllimlərlə öyrədici iş aparılıb. Belə seminarların tədris ili ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, istedadlı şagirdlər üçün riyaziyyat-informatika təmayüllü (7-ci siniflər) və təbiət elmləri təmayüllü (8-ci siniflər) siniflər yaradılıb.
©edu.gov.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255