TƏHSİL

Tələbələri ən az xərcə salan ölkələr
15 NOYABR
168

Tələbələri ən az xərcə salan ölkələr

2018-11-15 12:12:00

Xaricdə təhsil dedikdə ağlımıza  ilk olaraq Amerika və İngiltərə gəlir. Amma bu ölkələrdə oxumaq üçün müəyyən qədər maddi ehtiyata  sahib olmaq lazımdır. Təəssüf ki, bir çoxlarımız Avropada çox az xərclə təhsil ala biləcəyimiz ölkələrin varlığından xəbərsizik.

Fins.az həmin  ölkələrin bəzi qısa siyahısını təqdim edir:

Fransa xüsusilə mühəndislik və sosial elmlər üzrə ixtisaslaşmış universitetləri ilə məşhurdur. Fransa beynəlxalq reytinq göstəricisi olan ”THE”-nin  dünyanın ən yaxşı ali məktəbləri  siyahısında 5 universitetlə təmsil olunub. Ölkədə bir vaxtlar ingilis dilində olan proqramlar azlıq təşkil etsə də, son illər onlara maraq artmaqdadır. Tələbələr bakalavr pilləsindən öncə fransızca hazırlıq məktəblərinə gedə bilərlər. Bu məktəblərin əksəriyyəti ödənişlidir.

Skandinaviya ölkələri yüksək keyfiyyətli yaşam normaları və təhsili ilə öndədirlər. Norveçdə bakalavr və magistr təhsili tamamilə pulsuzdur. Amma təhsil  üçün müraciət etməzdən əvvəl Norveç dili biliyinizi inkişaf etdirməlisiniz. Çünki, təhsil proqramların çoxu yerli  dildədir. Magistr və doktorantura pilləsində isə tədris tam ingiliscədir.

Finlandiya keyfiyyətli təhsili ilə bütün dünyanın diqqətini çəkir. Ölkənin ən məşhur universitetləri isə Helsinki, Aalto, Oulu və Tamperedir. Təəssüf ki, yeni qəbul edilən qərara əsasən ölkədəki universitetlər bakalavr və magistratura proqramları üçün 5 -20 min avro təhsilhaqqı tələb edir.

Stokholm kimi şəhəri, güclü iqtisadiyyatı və azad atmosferi nəzərə alaraq İsveçdəki təhsil imkanlarına mütləq nəzər salmaq lazımdır. Bura  Karolinska İnstitutu, Uppsala, Lund və Stokholm Universitetləri ilə məşhurdur. Ölkə universitetləri texnologiya və mühəndislik sahəsində gördükləri innovativ işləri ilə xüsusi diqqət çəkirlər. İsveç Skandinaviyada ən çox ingilisdilli proqramlara malik olan ölkədir. Proqramların xərci adətən, illik 5 -15 min avro arasında dəyişir. Dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında Stokholm 47, Gothenburg isə 53-cüyerdədir. İsveçdə yaşam xərcləri çox yüksəkdir.

Avstriya Innsbruck, Vyana Texniki Universitetləri ilə məşhurdur. Burada çox aşağı məbləğlə təhsil almaq mümkündür. İllik 2 min avro ilə ən yaxşı ali təhsil ocaqlarından birində təhsilinizi davam etdirə bilərsiz. Paytaxt Vyana, "Dünyanın Ən Yaxşı Tələbə Şəhərləri” siyahısında 16-cı yerdədir.

İtaliya dövlət universitetləri başda incəsənət və moda olmaqla bir sıra ixtisaslar üzrə münasib qiymətlərlə təhsil almaq şansı verir. Roma və Neapol kimi mühüm şəhərlərdə magistr proqramlarının xərci illik 850 -1000 avro arasında dəyişir. Başda Scuola Normala Superiore di Murdara, Scuola Superiore Santanna və Bolonya Universiteti olmaqla  ölkənin digər ali təhsil müəssisələrində də müxtəlif təqaüd imkanları mövcuddur.

İspaniya Erasmus proqramı vasitəsilə tələbələrin ən çox müraciət etdiyi ölkədir. İspan dilinin dünya miqyaslı dil olması, ölkə əhalisinin yüksək yaşam tərzi və baxımlı şəhərləri  ölkəni xeyli məşhurlaşdırıb. İspaniyada magistr və ali təhsil proqramları pulsuz olmasa da, xeyli münasibdir. Dövlət universitetlərində illik təhsil haqqı orta hesabla 1000 dollardır.

©Azedu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256