TƏHSİL

Bu universitetin kolleci açılıb – Azərbaycanda
14 NOYABR
488

Bu universitetin kolleci açılıb – Azərbaycanda

2018-11-14 12:10:00

Bakı Avrasiya Universitetinin elə təhsil ocağının nəznində kolleci fəaliyyətə başlayıb. Fins.az Vergilər qəzetinə istinadən xəbər verir ki, kollecin nizamnamə kapitalı 4 min manatdır. MMC-nin qanuni təmsilçisi Hüseynova Aytən Nazim qızıdır.

Bakı Avrasiya Universitetindən Fins.az-a verilən məlumata görə, kollecdə əsasən maliyyə və turizm sahəsində ixtisaslar olacaq. Təhsil haqqlarına gəlincə isə hələlik qiymətlərin dəqiqləşdirilmədiyi bildirildi.

Məlumat üçün bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilib.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256