TƏHSİL

650 nəfər dövlət qulluğu imtahanından uğurla keçib
08 NOYABR
125

650 nəfər dövlət qulluğu imtahanından uğurla keçib

2018-11-08 11:24:00

2018-ci il oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları təqdim edirik.

Fins.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçmişdir (48.8%).

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2%-i, 58.3%-i, 61.8%-i, 62.9%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

 
Bal intervalı     Qeydiyyatdan 
keçib 
 Test 
 imtahanından uğurla 
keçib    
Faizlə (%)
0-100 0 0.0
101-200 77 15 19.5
201-300 258 93 36.0
301-400 370 171 46.2
401-500 350 204 58.3
501-600 207 128 61.8
601-700 62 39 62.9
Yekun:  1332  650  48.8

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 17 nəfər (13.7%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 6 nəfər  xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255