TƏHSİL

Azərbaycanda ingilis dilindən əlavə hansı xarici dillərə üstünlük verilir?
02 NOYABR
231

Azərbaycanda ingilis dilindən əlavə hansı xarici dillərə üstünlük verilir?

2018-11-02 11:59:00

Dil elə bir sahədir ki, o həmişə yenilik tələb edir. Yeni texnologiyalar kəşf olunduqca, söz ehtiyatı artdıqca təbii ki, dildə müəyyən dəyişiklər baş verir.

Dünyada təxminən 6700-6900 dil olduğu güman edilir. Və bu dillərin çox az hissəsi aktiv dillər sırasındadır. Hal-hazırda  dünyada ən çox danışılan dil Çin dili hesab olunur. İkinci yerdə isə İngilis dilidir. Bu dili ana dili olaraq 330-350 milyon insan istifadə edir. İkinci dil kimi isə istifadə edənlər 400 milyona yaxındır. Ümumiyyətlə, bu dildən 1 milyard insan istifadə edir.

Hal-hazırda İngilis dili beynəlxalq dil olduğundan onun öyrənilməsinə tələbat həddindən artıq çoxalıb. Təkcə, ingilis dili ixtisasında oxuyanlar deyil, həmçinin müxtəlif peşə sahibləri də bu dili öyrənməyə can atırlar. Bu baxımdan Azərbaycan da ingilis dili öyrənmək arzusunda olanlar həddindən artıq çoxdur.

Bəs ingilis dilindən əlavə Azərbacanda hansı dillərə üstünlük verilir? 

Sualımıza cavab olaraq “British Academy Azerbaijan” təhsil şirkətinin nümayəndəsi bildirir ki, azərbaycanlı tələbələr ingilis dilindən əlavə əsasən rus daha sonra isə italiyan və alman dillərinə üstünlük verirlər.

Rus dilinə niyə üstünlük verilir?

Rus dili, dünya miqyasında 260 milyondan çox insan tərəfindən danışılır. Bu dil təkcə Rusiyada deyil, həm də Belarus, Qazaxıstan və Qırğızıstanda rəsmi dil olaraq qəbul edilmişdir. Üstəlik, İsrail, Balkan yarımadası ölkələri, Ukrayna və ABŞ-da da istifadə edilir. Bəzi dövrlərdə Avropada ən çox danışılan dil olmuşdur. Və dilçilik ensiklopediyası “The Ethnologue”-a görə Rus dili dünyada ən çox danışılan 8-ci dildir.

İtaliyan dilinə niyə üstünlük verilir?

İtalyan dilini bilmək bir çox karyera sahələrində çox faydalıdır. İtaliya kulinariya, daxili dizayn, moda, qrafik dizayn, mebel dizaynı, maşın alətinin istehsalı, robot, elektro mexaniki maşın, gəmiqayırma, kosmik mühəndisliyi, tikinti texnikası və nəqliyyat avadanlığı sahəsində dünya lideridir. İtaliya dünyanın ən yaxşı iqtisadiyyatı olan ölklərdən biridir və bir çox işəgötürən İtalyan və İngilis dili danışan insanlar axtarır. 

Alman dilinə niyə üstünlük verilir?

Wall Street Journal'a göre “ABŞ şirkətləri xaricdə nümayəndəlik açdıqda və ana dili ingilis dili olmayan müştərilərə əlaqədə olduqda çoxdilli işçilər tələb edirlər. Dil bacarıqları, bu işlərdə mükafatlandırılmaq üçün önə çıxır” və ikinci dili olan işçilərə üçün orta və top menecmentdə ehtiyac artır. Almaniya, ABŞ-ın ən böyük Avropa ticarət tərəfdaşıdır və burada 750-dən çox Amerika şirkəti fəaliyyət göstərir. Köhnə Almaniya kansleri Willy Brandt: "Əgər satarsam, sizin dilinizdə danışmalıyam, əgər satın alsam, dann müssen Sie Deutsch sprechen (Siz alman dilində danışmalısınız)". Ölkəmizdə isə 183 Almaniya şirkəti fəaliyyət göstərir. Bu şirkətlərdə çalışmaq üçün İngilis dili adətən ikinci planda qalır, seçimlərdə əsas üstünlük alman dili olaraq qarşımıza çıxır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258