TƏHSİL

Əcnəbi tələbələrə böyük imkanlar yaradan ölkə
30 OKTYABR
166

Əcnəbi tələbələrə böyük imkanlar yaradan ölkə

2018-10-30 14:17:00

Avstraliya ali təhsil bazarında əsas ölkələrdən biridir. Əcnəbi tələbələri bura cəlb edən isə təqaüd imkanları və 2 il ölkədə qalıb işləmək icazəsidir.

Fins.az AzEdu.az-a istinadən xəbər verir ki, dollar və avro arasındakı fərq səbəbindən Avstraliyaya gələn tələbələr arasında Türkiyədən olanlar üstünlük təşkil edirlər. Yüksək yaşam şərtləri, iş icazəsi, keyfiyyətli ali təhsil və tələbələr üçün nəzərdə tutulan digər imkanlar bura gələn əcnəbilərin sayını da artırıb.

Dünyanın ən yaxşı tələbə şəhərləri sırasında da Melburn beşinci yerdə gəlir. Burada dünyanın lider universitetlərinin sənət, idman, əyləncə ilə bağlı tədbirləri keçirilir. Təkcə bu şəhərdə tələbələr üçün 50-ə yaxın endirimlər tətbiq olunur.

İngiltərə və Amerika kimi ölkələrlə müqayisədə Avstraliya daha çox əcnəbi vətəndaşı olan ölkədir. Burada universiteti bitirən məzunlara işləmək üçün ikiillik xüsusi viza verilir. Bura  irqçiliklə mübarizə aparması ilə də əcnəbiləri özünə cəlb edir.

Avstraliyada 2100 nəfərdən çox türkiyəli tələbə təhsil alır. Dərs semestrinin başlanğıcı isə fevral və avqust aylarına təsadüf edir. Hər 10 türkiyəli tələbədən təxminən, 4-ü Melbourndə  təhsil alır. Amerika dollarının türk lirəsi ilə müqayisədə dəyər qazanması bura türkiyəli tələbələrin xüsusi axınına səbəb olub. Hazırda bakalavr təhsilinin  xərci 25-30 000 Avstraliya dolları civarındadır.

Universitetlərə qəbulda ABŞ və İngiltərədən fərqli olaraq, Avstraliya akademik ortalamaya daha çox diqqət edir. Yəni, Melbrun kimi nüfuzlu universitetdə təhsil almaq istəyirsinizsə, qiymətləriniz çox önəmlidir. Amma idman, incəsənət və digər sahələrdəki uğurlarınız da nəzərə alına bilər.

Avstraliya universitetlərinə qəbul üçün ingilis dilinin yüksək səviyyədə olması da mütləqdir. Çünki ölkədə 40-a yaxın universitet var və onlar dünya tələbələrindən ən yaxşılarını qəbul etmək istəyirlər. Xüsusilə də təqaüd qazanmaq istəyirsinizsə, ingilis dili biliyiniz daha vacibdir. Avstraliya hökumətləri 25, 50 %-lik  təqaüd imkanlarına sahibdir. Tam təqaüdlər də var. Amma bunlar Çin, Hindistan kimi ölkələrdən gələn tələbələrin daha sıx müraciət etdiyi proqramlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258