TƏHSİL

Bu il İtaliyada oxumaq istəyənlər üçün əla şans – Çox sərfəli və faydalı təqaüd proqramı
24 OKTYABR
220

Bu il İtaliyada oxumaq istəyənlər üçün əla şans – Çox sərfəli və faydalı təqaüd proqramı

2018-10-24 14:03:00

Son illərdə məşhur olan xaricdə təhsildə təqaüd proqramları gənclərin əsas diqqət mərkəzindədir.

Belə proqramlar vasitəsilə tələbələr müxtəlif ölkələrdə təhsil alır və müəyyən xərcləri qarşılanır.

Bir neçə ildə üstünlük verilən ölkələrdən biri də İtaliyadır. İtaliyada əyalət təqaüdləri mövcuddur. Bunlardan biri də “Laziodisu – Regional Təqaüd” proqramıdır.Bununla yanaşı, Edisu, DSU kimi proqramlar da var.

Fins.az bu yazıda Laziodisu proqramı üçün lazım olan sənədlərdən, onların necə yığılması haqda məlumat verəcək.

Proqram haqqında

Proqram Lazio əyaləti üçün nəzərdə tutulub və bu, magistratura pilləsi üçündür. Təqaüdlərin verilməsi isə əyalətdən asılı olaraq dəyişir.

2 il ərzində təxminən, 10.200 avro dəyərində təqaüd verilir.Pul 4 dəfəyə köçürülür. Proqramın ən mənfi cəhəti, köçürülmə vaxtlarının yaxşı olmamasıdır. Birinci il bəzən dekabr, yanvar, hətta mart ayına qədər gecikmə ola bilər. İkinci köçürülmə isə növbəti təhsil ilininin dekabrında olur. Sonra təhsilinizin sonunda daha 2 köçürülmə ilə pulu tam alırsınız.

Təqaüd qazandığınız halda ödənişsiz təhsil, nəqliyyatdan istifadədə endirimlər, endirimli qidalanma, yataqxanadan istifadə edə bilirsiniz. Təqaüddə diqqət edilən məqam isə ailə gəliridir.

Sənədlər

Ailə gəlirləri haqqında arayış-Arayış həmin ilə aid olmalıdır, bunu qeydiyyat şöbəsindən əldə edə bilərsiniz. Bu sənədi Asan xidmətdən də almaq olar, amma sənədin təsdiqləndiyinidəqiqləşdirmək lazımdır.

Arayışı almaq üçün tələb olunan sənədlər:

-Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməniz;

-Valideynlərin şəxsiyyət vəsiqəsi və evlilik haqqında şəhadətnamə (boşandıqları halda boşanma haqqında sənəd);

-Bacı və qardaşlarınızın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi (evli olduqları haqqında evlilik haqqında şəhadətnamə);

Maddi durumla bağlı topladığınız sənədlər əsasında İtaliyada sizə İSEE, İSEEU sənədləri təqdim olunur. Bunun əsasında müxtəlif güzəştlərdən yararlanırsınız.

QEYD:bütün sənədlər eyni ilə aid olmalıdır

Adınıza hər hansı əmlakın olub-olmaması haqqında arayış- Sənədi Əmlak İşləri üzrə Qeydiyyat Şöbəsindən əldə edə bilərsiz. Burada sizin adınıza mülkün olub – olmaması mütləq qeyd edilməlidir. Bu sənədi almaq üçün şəxsiyyət vəsiqənizi təqdim etməlisiz.

Evin sahəsi ilə bağlı sənəd-Bu sənədi Daşınmaz Əmlak üzrə Qeydiyyat Şöbəsindən almaq lazımdır. Region qeydiyyatında olduğunuz halda Region Qeydiyyat Şöbələrindən almaq mümkündür.

Arayışı almaq üçün tələb olunan sənədlər:

-Şəxsiyyət vəsiqəniz;

-Ev sahibinin şəxsiyyət vəsiqəsi;

-Evin kupçası;

Evin kupçası olmadığı halda Ərazi İcra Nümuyəndəliyinə müraciət edin.

İllik gəlir haqqında sənəd- Valideynlərinizin və sizinlə yaşayan bacı qardaşlarınızın iş yerindən “illik gəliri” haqqında sənəd alınmalıdır(bacı,qardaş evli olduğu, azyaşlı halda tələb olunmur).

Onlar universitetdə təhsil alırlarsa, ali məktəbdən oxuduqları haqda arayış alınmalıdır. Valideynlər və bacı,qardaşişləmirlərsə, işləmədikləri haqda arayış tələb olunur. Əgər valideynlər boşanıbsa bu zaman onların boşanmasına dair sənəd təqdim edilməli və sadəcə birlikdə yaşadığınız valideyninizin illik gəlirini göstərməlisiz.

Bildirək ki, bütün sənədlərdə İtaliya Səfirliyə təqdim ediləcəyi qeyd olunmalıdır.

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250