TƏHSİL

Magistratura imtahanlarına “listening”əlavə olunur? - DİM-dən açıqlama
19 OKTYABR
519

Magistratura imtahanlarına “listening”əlavə olunur? - DİM-dən açıqlama

2018-10-19 13:47:00

2019-cu ildə keçiriləcək buraxılış imtahanlarına xarici dil fənni üzrə “listening” – dinləmə mətni əlavə olunub. Bu fəndən şagirdə təqdim olunacaq 15 saulın 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

Sosial şəbəkələrdə yayılan məlumata görə,  magistratura imtahanlarına da xarici dil üzrə dinləmə mətni əlavə olunacaq. Hətta müəllimlər iddia edir ki, DİM-in təşkil etdiyi seminarlarda, 8 sualın məhz “listening” üzrə tərtib olunacağı bildirilib.

Məlumatı dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında belə məlumatın olmadığını bildirib:

“Bu məlumatı ilk dəfədir, eşidirəm. Məndə belə bir informasiya yoxdur. Hər hansı yenilik tətbiq olunsa, ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250