TƏHSİL

Buraxılış imtahanları bu tarixdə keçiriləcək – RƏSMİ
16 OKTYABR
302

Buraxılış imtahanları bu tarixdə keçiriləcək – RƏSMİ

2018-10-16 12:36:00

Gələn il, yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. 2019-cu ildəki buraxılış imtahanlarındakı fənlər indiki buraxılış imtahanlarına salınacaq.

Amma buraxılış imtahanının formatı bu il IX sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq.

Bəzi müəllimlər sosial şəbəkələrdə buraxılış imtahanlarının dərs ilinin başa çatmasından xeyli əvvəl, apreldə keçiriləcəyini bildirmişdilər. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən hər hansı rəsmi açıqlama verilməmişdi.

Fins.az xəbər verir ki, buraxılış imtahanlarının apreldə keçirilməsi artıq DİM tərəfindən öz təsdiqini tapıb. Belə ki XI sinif şagirdləri üçün buraxılış imtahanları 2019-cu ilin aprelində keçiriləcək.

Xatırladaq ki, qəbul imtahanlarının hansı tarixlərdə keçiriləcəyi hələ ictimaiyyətə elan olunmayıb.

2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək  ümumi nəticə əldə olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250