TƏHSİL

Azərbaycanlı tələbələr pulsuz təhsil, yataqxana və yeməkxana üçün bu ölkələri seçirlər
15 OKTYABR
263

Azərbaycanlı tələbələr pulsuz təhsil, yataqxana və yeməkxana üçün bu ölkələri seçirlər

2018-10-15 10:19:00

Hər ilin sentyabr-oktyabrından  etibarən, gənclər xaricdə təhsil üçün bir çox xaricdə təhsil şirkətlərinə müraciət edirlər. Yaxud,  xaricdə təhsillə bağlı artıq hazırlıqlara başlayırlar:

Bəs son illərdə gənclərin ən çox üz tutduğu ölkələr hansılardır və universitetlərin əsas tələbləri nələr olur?

“Son illərdə xaricdə təhsillə bağlı ən çox müraciət olunan ölkələr Macarıstan və Almaniyadır. Latviya və Litvaya müraciət nisbətən azdır, Polşanın da qiymətləri münasib olduğu üçün oranı seçirlər. Amerika və Kanadaya da müraciətlər olur, amma Almaniya qədər çox deyil”.

Bu sözləri CELT xaricdə təhsil şirkətinin nümayəndəsi Həmidə Səfərova deyib. Onun sözlərinə görə, Macarıstana maraq təqaüdə görədir:

“Son 2-3 ildə Macarıstana maraq daha da artıb. Macarıstandakı təqaüd proqramı təhsil haqqını, yataqxana, böyük məbləğdə olmasa da yaşayış xərclərinə  kömək edir. Almaniyada təhsil ödənişsiz olduğuna görə, tələbələri daha çox cəlb edir. Almaniyaya gedənlərin sayı hər il 20% artır. Almaniyada təhsil haqqı olmasa da attestat və bakalavr qiymətləri əsas götürülür. Macarıstanda öz hesablarına oxuduqda təhsil haqqı 3000-6000 dollar arası dəyişir”.

H.Səfərova bildirib ki, bu il aktiv olan Macarıstan və Çinin təqaüd proqramıdır:

“Çinə də son iki ildə maraq artıb. Bu ölkəyə əsasən, texnologiya üzrə gedirlər. Bundan başqa tibb üzrə gedənlər də var. Xarici ölkələrin tələb etdiyi sənədlər bütün ölkələrdə standartdır.Əgər bakalavr üçün gedirlərsə, attestat,IELTS ,TOEFL, SAT nəticələri tələb olunur. Magistr üçün də diplomla yanaşı, GRE,GMAT tələb oluna bilər. Bunlar universitetlərə görə dəyişir. Bakalavr dərəcəsində diplom Almaniyada, universitetdən arayış əldə edib transkriptlə birgə sənəd vermək olur. IELTS və TOEFL balı isə ölkələrdən asılı olaraq dəyişir. Bir çox hallarda 5.0, 6.0, məsələn,Kanadada 7.0 bal tələb olunur. Avropa ölkələri, 5.5, 6.0 istəyir. İngiltərədə standart olaraq hazırlıq kursu  (foundation)üçün 5.5, bakalavr üçün isə 6.0 nəticə tələb edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257