TƏHSİL

Yüksək təhsil keyfiyyəti ilə seçilən ölkə- Mükəmməl sistem, planlı tədris
10 OKTYABR
161

Yüksək təhsil keyfiyyəti ilə seçilən ölkə- Mükəmməl sistem, planlı tədris

2018-10-10 10:47:00

Dünyada təhsil keyfiyyəti ilə fərqlənən ölkələrdən biri də İsveçrədir. Bu ölkədə təhsil yüksək səviyyədə olsa da, bahalı ölkə olduğundan bir çoxları üçün uzaq görünür.

Fins.az İsveçrə təhsili haqqında yazını təqdim edir:

Orta təhsil

İsveçrədə məktəblər dövlət və özəl olmaqla ayrılırlar. İbtidai 6 il davam edir və icbaridir. İbtidai məktəblər üçün minumum yaş altıdır,amma bəzi yerlərdə beş yaşdan da qəbul edilir. Bundan sonra növbəti təhsil pilləsi də 5-6 il davam edir. Həmçinin,burada 120-ə yaxın kollec fəaliyyət göstərir. Xarici tələbələr üçün İsveçrədə orta məkləblər illik 80 min manata yaxındır.

Ali təhsil

Ali təhsilin ilk pilləsi bakalavrdır.Bu təhsil forması 4-5 il davam edir. Tibb təhsili isə 6 ildir. İsveçrədə universitetlər əsasən dövlət universitetləridir. Ən böyük ali məktəb isə Sürix universitetidir. Burada xarici tələbələr 15-20% təşkil edir. İsveçrənin almandilli bölgələrindəki universitetlərdə tədris alman dilində, fransızdilli bölgədə isə fransız dilindədir. Lakin Friburq Universiteti istisnalıq təşkil edir. Burada iki dildə də təhsil mövcuddur. Fransızdilli universitetə daxil olmaq üçün orta məktəbi bitirmək haqqında şəhadətnamənin olması və xaricilər üçün təşkil olunmuş imtahanı vermək kifayət edir. Almandilli universitetə daxil olmaq üçün isə rus ali məktəblərində ən az iki illik təhsil tələb edilir.


İsveçrədə 12 universitet, 10 kanton( inzibati ərazi bölgüsü) universitet, 2 federal politexnik məktəb – Ecole Federale Polytechnique (EPFL) və bir neçə bu tip ali məktəb fəaliyyət göstərir. 
Bir tədris ili 2 semestrə bölünür. Qış semestri oktyabrın son həftəsindən fevralın ortalarına qədər, yay semestri isə universitetdən asılı olaraq martın və ya aprelin ortalarından iyun/iyulun ortalarına qədər davam edir.
Təhsili bitirdikdə akademik sənədlər – lisenziya, diplom, doktorluq dərəcəsi verilir. Lisenziya və diplom  ABŞ-da verilən “Master degree” ilə eynilik təşkil edir. Doktorluq dərəcəsinə qədər təhsilin davam etdirilməsi üçün universitetlərin çoxu namizəddə lisenziyanın olmasını tələb edir. 

Qeyd olunan universitetlərdən başqa, anqlo-saks modelində özəl universitetlər də fəaliyyət göstərir. Bu ali məktəblərdə verilən imtahanlar və təhsil hələ də dövlət tərəfindən tanınmır.

Universitetə daxil olma yaşı 18-dir. İsveçrənin ali məktəb və universitetlərinə daxil olmaq üçün tədrisin keçirildiyi alman, fransız və ya italyan dilini bilmək lazımdır.
Orta məktəb haqqında Federal attestatın və ya xarici sənədin – müvafiq universitet və ya ali məktəb tərəfindən tanınması vacibdir.

Magistratura

İsveçrədə magistr təhsili almaq üçün bakalavr diplomu və TOEFL və ya IELTS tələb olunur. İsveçrədə ali təhsil zamanı əcnəbi tələbələrə həftədə 15 saat iş izni verilir. Burada həm bakalavr, həm də magistr üçün illik təhsil haqqı 11000-50000 avro arasında dəyişir.

Doktorantura

Bu təhsil pilləsi üçün magistr diplomu tələb olunur. Həmçinin 2 referans məktubu, elmi nəşrlər və məqalələr  olduğu təqdirdə onlar da əlavə olunur. Təhsil alacağınız ixtisasla bağlı ingilis dilində 5 səhifəlik tədqiqat işi yazılmalıdır. Bu işi universitetdə professor bəyənib elmi rəhbərlik etməlidir.

Doktoranturada təhsil haqqı hər smestr üçün 900 İsveçrə frankından başlayır. Frankın məzənnəsi demək olar ki, dollarla eynidir.

©AzEdu.az

Eləcə də bax: Tələbələrin yaddaş problemləri - Bu bəladan xilas olmağın ƏN ASAN ÜSULLARI

Eləcə də bax: Almaniyanın bütün dünyaya nümunə olan təhsil qaydaları – Mükəmməl sistem, planlı tədris

Eləcə də bax: Xarici dili hansı yaşda mükəmməl öyrənə bilərsiniz? - Elmi araşdırma

Eləcə də bax: Bu gün neçə Xarici dil öyrənmək lazımdır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259