TƏHSİL

Ölkələri yoxsulluqdan təhsil xilas edə bilər – Dünya Bankının araşdırması
08 OKTYABR
153

Ölkələri yoxsulluqdan təhsil xilas edə bilər – Dünya Bankının araşdırması

2018-10-08 10:34:00

Dünya Bankı 148 ölkədə yoxsulluqla bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb.

Hesabat zamanı məlum olub ki, yoxsul ölkələrin bu durumdan qurtulmasının 3 yolu var: Məktəbəqədər təhsilin hər kəs üçün əlçatan olması, təhsil xərclərinin artırılması və bu zaman əsas hədəfin məhz yoxsul ailələr olması.

Fins.az AzEdu.az-a istinadən xəbər verir ki, hesabatın açıqlandığı konfransda danışan Dünya Bankının iqtisadçısı Roy Van Der Veyde ölkələrdəki inkişaf artdıqca, təhsildəki xüsusi diqqətə ehtiyac olduğunu bildirib. O qeyd edib ki, təhsil sektoruna önəmli məbləğ yatırılmazsa, ölkələrin iqtisadiyyatında önəmli geriləmə baş verə bilər.

Onun sözlərinə görə, bu iqtisadi zəiflik bütün ailələrə, eləcə də, onların təhsilinə sirayət edə bilər:

“Bu yatırımlar bir az gec edilsə, ciddi təhlükənin qarşısını almaqda çətinlik çəkəcəyik. Öncə məktəbə qədər təhsil və insanların sağlığına yatırımlar etməliyik”.

Onun sözlərinə görə, Türkiyə yoxsul ölkələr sırasında 120-ci yerdə qərarlaşıb:

“Təhsil imkanları hər iki cinsdə bərabər olmalıdır. Türkiyə xanımların karyerada zəif olması ilə diqqət çəkir. Bu, qadın və kişilər üçün təhsil imkanlarının eyni dərəcədə əlçatan olmamasından irəli gəlir.

Bundan əlavə, bütün məktəblərdə yüksək keyfiyyətli təhsilə fikir verilməlidir. Təəssüf ki Türkiyədə yoxsulluq valideynlərdən uşağa keçir. Həmin uşağın gələcəkdə təhsil alma imkanları azalır. Ümumiyyətlə, bir ölkə ciddi, fərqli uğura imza atmaq istəyirsə, öncə təhsildən başlamalıdır. Burada müəllimlərin də üzərinə böyük məsuliyyət düşür”.

Araşdırma zamanı həm də məlum olub ki, inkişaf etmiş ölkələrdə qadınların iqtisadi inkişafı əks cinslə müqayisədə daha yüksəkdir.  Təhsilə daha çox önəm verən ailələrdə anadan olan uşaqların iqtisadi uğur əldə etmə şansının digərləri ilə müqayisədə daha çox olması məlum olub. Bunun səbəbi isə bu ailələrin təhsilə daha çox pul yatırmalarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259