TƏHSİL

Almaniyanın bütün dünyaya nümunə olan təhsil qaydaları – Mükəmməl sistem, planlı tədris
03 OKTYABR
309

Almaniyanın bütün dünyaya nümunə olan təhsil qaydaları – Mükəmməl sistem, planlı tədris

2018-10-03 21:03:00

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Almaniyadır.

Almaniyada uşaqlar məktəbdən bağçaya gedirlər. Amma uşaq bağçaları könüllüdür.

Bu ölkədə icbari təhsil 9, orta təhsil 12 və ya 13 illikdir. Təhsil bakalavr, magistratura və doktorantura pillələrinə bölünür.

Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Hazırda Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Ölkədə 376 ali məktəb var: bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Universitet və ali məktəb axtarışında olan tələbələr suallarına cavabı Ali Məktəb İnkişafı Mərkəzinin (CentrumsfürHochschulentwicklung-CHE) siyahılarında tapa bilərlər.

Studienkolleg

Burada şagirdlər məktəbdən sonra, 2 il “Abitur” adlanan məktəb oxuyurlar. Daha sonra qəbul imtahanı verərək universiteti qazanırlar.

Bununla da 12 il (bir neçə il əvvəl 13 il idi ) məktəb oxumuş olurlar. Ona görə, əcnəbi abituriyentlər çatışmayan “Abitur” ilini universitetdə oxunan ilk illə əvəzləyirlər. Məsələn, Dövlət İmtahan Mərkəzində imtahan verməmiş abituriyent “Studienkolleg” adlanan, bir növ xaricilər üçün almanların oxuduğu “Abitur”u əvəz edən 1 illik hazırlıq ilini oxumalıdırlar.

“Studienkolleg” məktəbi yeni bitirmiş gəncləri alman universitetlərinə qəbul olunmaları üçün hazırlayan bir qurumdur. İngiltərədəki universitetdən əvvəl tədris olunan “Foundation” sisteminə uyğun hazırlıq ilidir. Əgər alman sisteminə uyğun bir məktəbi bitirməmisinizsə və ali təhsiliniz 1 ildən artıq deyilsə, bu zaman Almaniyada universitet oxuya bilmək üçün mütləq “Studienkolleg”-də hazırlıq keçməlisiz. Bura qəbul üçün əsas şərtlərdən biri alman dilini minimum A2 səviyyəsində olmasıdır. Digər şərt isə öz ölkənizdə və ya başqa  yerdə beynəlxalq səviyyədə tanınan  universitetdə 1 il hər hansı sahə üzrə təhsil almış olmağınızdır.

Bakalavr

Almaniyada da ali təhsilin ilk pilləsi bakalavrdır. “Abitur” və ya Studienkolleg-dən sonra bakalavr təhsili başlayır. Almaniyada bu təhsil pilləsi 3 ildir.Almaniya universitetləri  əsasən tibb və texnologiya sahəsində məşhurdur. Burada dövlət universitetləri demək olar ki, pulsuzdur. Özəl ali məktəblər isə ödənişli əsaslarla fəaliyyət göstərir. Bu ölkədəki universitetlərə  qəbul ildə iki dəfə yay və qışda aparılır.

Almaniyada bakalavr pilləsində təhsil almaq üçün IELTS və ya TOEFL beynəlxalq ingilis dili, DSH və ya TesDAF alman dili imtahanlarının nəticəsi tələb olunur.

Magistratura

Ümumilikdə magistr proqramlari 2 il davam edir. Amma 1 və ya 1.5 illik proqramlar da mövcuddur.Almaniyada magistratura oxumağın əsas şərti master proqramına uyğun bakalavr pilləsi üzrə məzun olmaqdır. Burada həm ingilis, həm də alman dillərində təhsil mümkündür. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur. İngilis dilini sübut edən sertifikatlardan əsasən TOEFL və İELTS sertifikatları qəbul edilir. Əgər bakalavr pilləsini ingilis bölməsində bitiribsizsə, bu halda bir çox universitet həmin dil üçün sertifikat tələb etmir. Alman dili üçün isəTestDaF, DSH, Goethe İnstitutu diplom və sertifikatlardan hər hansı biri lazımdır. Əsasən texniki fənlər haqqında olan master proqramları üçün GMAT, GRE kimi sertifikatlar da tələb olunur. Magistraturaya qəbul zamanı bakalavriat qiymətləri və arzu olunan sahə üzrə iş təcrübəsi tələb olunur.

Doktorantura

Hazırda Almaniyada 500-dən çox doktorantura proqramı mövcuddur. Burada doktorantura pilləsi iki yerə bölünür. Ənənəvi individual-Almaniyanın ənənəvi doktorantura sistemidir. Burada əsasən alman dilində tədris aparılır və professorun nəzarəti altında işlənilir. Digər doktorantlarla da işləmək imkanı var, lakin doktorantların işinin böyük hissəsi şəxsi həll olunur. Doktoranturanın müddəti sizdən asılı olaraq, 3-5 il davam edə bilər. Digəri isə Sistemləşdirilmiş doktorludur.Burada təhsil ingilis və alman dillərində mümkündür. Bu, beynəlxalq sistemə uyğundur. Burada doktorantlar bir proyekt üzərində birlikdə işləyirlər və onlara nəzarət edən aparıcı mütəxəssisə bağlıdırlar. Proyektlər əsasən 2-3 il davam edir.

Doktoranturaya qəbul olmaq üçün əsas şərt bakalavr və magistratura təhsilli olmaqdır. Bəzi istisna hallarda, çox qabiliyyətli müraciətçiləri yalnız bakalavr təhsili ilə də qəbul edirlər. Bundan başqa alman və ya ingilis dilini bilmək lazımdır.

Doktorluq imtahanına buraxılmağın əsas şərti tam dolğun, lazımı formal qaydalara uyğun yazılan elmi işdir. Elmi işi yazmaq təxminən 1 il vaxt tələb edir. Elmi işi fərqli dillərdə də yazmaq olar. Bu, elmi rəhbərlə müəyyənləşdirilir. Elmi iş hazır olduqda, doktorantlar şifahi imtahan verirlər. Şifahi imtahanın bir sıra növləri var və bu da universitetdən və şöbədən asılı olaraq dəyişir. Elmi müdafiədən sonra doktorluq titulu o zaman verilir ki, onun elmi işi haradasa nəşr olunub elm cəmiyyəti tərəfindən qəbul olunsun. Elmi işi həm kitab şəklində, həm də elmi jurnallarda məqalələr şəklində nəşr etdirmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260