TƏHSİL

"Biz rəqəmsal dünyada yaşayırıq" - Konfrans
02 OKTYABR
107

"Biz rəqəmsal dünyada yaşayırıq" - Konfrans

2018-10-02 10:24:00

Azərbaycan Marketinq Cəmiyyəti ölkəmizdə rəqəmsal marketinq sahəsini daha da inkişaf etdirmək üçün "Biz rəqəmsal dünyada yaşayırıq" adlı konfrans təşkil etməyi planlaşdırır. Bizim əsas məqsədimiz sahibkarlara, müxtəlif təşkilatların işçilərinə və tələbələrə yeni bir biznes növünü açmaq üçün dünyada maraqlı fürsətin yarandığını göstərməkdir. Məhz buna görə də rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən sahibkarları spiker olaraq dəvət edirik. Onlar konfrans iştirakçılarına 15 il əvvəl yaradıcı və gəlirli şirkətlər yaratmaq üçün mümkün olmayan resursların istifadəsi barədə danışacaqlar. Hər bir spiker marketinqdə geniş təcrübəyə malikdir və bu sahədə uğurlu biznes aparır. Onlar bizə rəqəmsal marketinq agentliyini necə yaratmaq, müvəffəqiyyət qazanmaq və bu sahədə artan agentliklər arasında necə fərqlənmək olduğu haqqında bəhs edəcəklər.

Konfran oktyabrın 6-sı saat 09:30-da World Business Center -də baş tutacaq. Biletin qiyməti 50 manatdır. Biletləri əldə etmək üçün ofislə əlaqə saxlaya bilərsiniz.

Səməd Vurğun küç., 34, Af Mall 18/47 (+994)124305757 / 4300100

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259