TƏHSİL

British Council yeni lahiyəyə start verir
25 SENTYABR
452

British Council yeni lahiyəyə start verir

2018-09-25 17:50:00

British Council Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsinə yardımçı olmaq məqsədilə 5 illik "Creative Spark" proqramına start verildiyini böyük məmnuniyyətlə elan edir. 

Proqram Azərbaycan daxil olmaqla Mərkəzi Asiyada və Cənubi Qafqazda yeddi ölkədə həyata keçiriləcək.  British Council ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və regionda işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə birinci ilində yeddi ölkədə 10 000-dən çox tələbəyə dəstək göstərmək məqsədi daşıyan proqramı işləyib hazırlamaq və həyata keçirmək üçün Birləşmiş Krallığın sahibkarlıq təhsili sahəsindəki təcrübəsindən istifadə edəcək.

Proqram Birləşmiş Krallıq və Azərbaycanda ali təhsil məktəbləri və yaradıcılıq fəaliyyəti ilə məşğul olan müəssisələr arasında beynəlxalq tərəfdaşlığı maliyyələşdirəcək. Proqramın məqsədi sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, o cümlədən biznes mərkəzlərinin yaradılmasıdır. Proqram universitet tələbələri, məzunlar və gənc sahibkarlar üçün faydalı olacaq, onlarda ideya irəli sürməkdən biznes fəaliyyətinə başlamağa qədər bir çox bacarıqlar yetişdirəcək. Hər bir tərəfdaşlığa maksimum 50 000 avro qrant veriləcək.

Bundan başqa, British Council gənclərin pulsuz silsilə onlayn kursların köməyi ilə sahibkarlıq haqqında öyrənərkən ingilis dili biliklərini də möhkəmləndirməsinə kömək etmək üçün yeni rəqəmsal məzmun hazırlayacaq.

BMT-nin verdiyi məlumata görə, yaradıcı iqtisadiyyat dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından biridir. "Creative Spark" proqramı gələcək nəslə qlobal iş bazarında rəqabət aparmaq üçün lazım olan bacarıqları inkişaf etdirmək imkanı vermək məqsədi daşıyır.

Proqramın açılış mərasimi bugün JW Marriott Absheron Baku otelində Britaniyanın Azərbaycandakı səfiri Dr Karol Krofts, British Council-ın Azərbaycan üzrə direktoru Samr Şah, rektorlar, prorektorlar və digər qonaqların iştirakı ilə keçirilib.

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:

Sevinc Ağazadə | Təhsil üzrə koordinator

British Council | Nizami küç., 96, 96 mərtəbə, The Landmark III, Bakı AZ1010| Azərbaycan

T +994 12 497 1593 | F + 994 12 498 9236

[email protected]   | www.britishcouncil.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256