TƏHSİL

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq
25 SENTYABR
230

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

2018-09-25 12:22:00

Magistr və doktorantlara verilən təqaüdlərdən vergi tutulmayacaq.

Fins.az Modern.az-a istinadən xəbər verir ki,  bununla bağlı Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) dəyişiklik təklif olunur.

Hazırki qanunvericiliyə görə, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlərindən gəlir vergisi tutulmur.

Dəyişikliyə görə isə magistr və  doktorantlara verilən təqaüdlərdən gəlir vergisi tutulmayacaq.

Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259