TƏHSİL

Kornelli Universiteti dünyanın ən innovasiyalı ölkələrini açıqladı
24 SENTYABR
199

Kornelli Universiteti dünyanın ən innovasiyalı ölkələrini açıqladı

2018-09-24 11:18:00
Niderland 2018-ci ildə Avropa İttifaqında ən innovasiyalı, dünyada isə “innovasiya üzrə”ikinci ölkədir.  
Fins.az Moderator.az-a istinadən xəbər verir ki,  innovasiya üzrə ilk beşlikdə dörd Avropa və bir Asiya nümayəndəsi var.  
Qlobal innovasiya indeksində dünyada birinci İsveçrə, 3-cü  İsveç, 4-cü Böyük Britaniya, 5-ci Sinqapur olub.
Reytinq üzrə cəmi 126 ölkə qiymətləndirilib. Sonuncu yerdə Yəməndir. Qlobal innovasiya indeksini hər il beynəlxalq biznes məktəbi- İNSEAD, Kornelli universiteti və Dünya intellektual mülkiyyət təşkilatı (WIPO)  tərtib edir.  Onlar ekspertlərin rəyi və statistikaya əsaslanaraq ölkələrin innovasiya potensialını qiymətləndirir. Bu il indeks tədqiqatında innovasiya ilə yanaşı bütövlükdə energetika sahəsində texnologiyaya da baxılıb.  Tərtibçilər qeyd edir ki, innovasiyanın inkişafında uğur növbəti on ildə bəşəriyyətin kifayət qədər təmiz və ucuz enerjisindən asılı olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255