TƏHSİL

Memarlıq və əczaçılıqın hüquqşünaslıqdan bahalı olduğu universitetlər
20 SENTYABR
722

Memarlıq və əczaçılıqın hüquqşünaslıqdan bahalı olduğu universitetlər

2018-09-20 14:27:00

Hətta təhsilin ən yüksək inkişaf  dövrünü yaşayan  ölkələrdə belə   insanlar  bəzən  xaricdə təhsil almaq istəyir.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər çoxdur. Kimisi,  ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya  ölkələrində  təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq   üçün Fins.az xarici  ölkələrdə  təhsil almaq  və ya təhsilini davam  etdirmək istəyənlərə  məlumatları verməkdə davam edir.  

Bu dəfə  Balkan yarımadasına yerləşən, konfederativ dövlət  olan   Bosniya və Herseqovinada   oxumaq istəyənlər  üçün orada təhsil almağın  üstünlükləri barədə   yazını təqdim edirik:

Bosniya və Herseqovinada rəsmi dili bosnak, xorvat və serb dilləridir. Ölkədə  təhsil sistemi   ibtidai, orta, ali təhsil pillələrindən ibarətdir

Məktəbəqədər təhsil müəssisəsi burada  uşağın 7 yaşına qədər olan dövrü əhatə edir. Bosniya və Herseqovinada  orta təhsil pulsuzdur.

Bosniya və Herseqovinada  təhsilin müddəti 3-4 ildir.  Ölkədə mühəndislik ixtisaslarında  təhsil müddətləri  3.5 və ya 4 ildir. Tibb təhsili  müddəti burada isə 3 ildir.

Bosniya və Herseqovinada  universitetlərinin diplomları  Avropa  ölkələrində də tanınır. Ölkənin universitetləri  YÖK tərəfindən də tanınmaqdadır.

Ölkədə təhsil haqqı illik  1000-3200 avro civarında  dəyişir. Burada illik tibb təhsilli  2000-2500 avro, memarlıq  təhsili  2500 avro,  mühəndislik 2500 avro və hüquq  2000 avro, əczaçılıq  isə 2500 avro təşkil edir.

Bosniya və Herseqovinda aylıq yaşayış xərcləri təxminən 250-350 avro arasında dəyişir. Ölkədə  kirayə evlər olduqca ucuzdur. Burada 50-200avro arasında kirayə evlər tapmaq mümkündür və bu da burada təhsil almağın avantajları sırasındadır.

 Qeyd edək ki, Bosniya və Herseqovina universitetlərində  Avropa təhsil proqramları, “ERASMUS”  proqramı  mövcuddur. 

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255