TƏHSİL

Türkiyə ABŞ-a tələbə göndərməyəcək
13 SENTYABR
269

Türkiyə ABŞ-a tələbə göndərməyəcək

2018-09-13 16:05:00

Türkiyədəki tələbələr təhsil almaq üçün ABŞ-a gedə bilməyəcək.

Fins.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhsil nazirinin müavini Mustafa Safran açıqlama verib. O, Türkiyənin xarici siyasətinə görə tələbələrin təhsil üçün ABŞ-a göndərilməyəcəyini, bunun əvəzinə Avropa və Uzaq Şərq ölkələrinin seçim ediləcəyini bildirib.

O, Türkiyənin magistratura və doktorantura tələbələri üçün ABŞ-a 35 milyon dollar pul ödədiyini qeyd edib: "Bunu çox real bir rəqəm olaraq görmürük və tələbələr də rasional inkişaf göstərmir. Türkiyə pulunu çölə xərcləyəcək vəziyyətdə deyil. Hazırda universitetlərimizdə magistratura üçün açılmamış proqramlar var. Bundan sonra tələbəmizi magistratura, təhsil, işləmək, ünsiyyət, müəllim, mühəndislik üçün xaricə göndərməyəcəyik. Tələbələrimiz ən yaxşı universitetlərimizə gedəcəklər və magistratura təhsili alacaqlar. Yalnız doktorantura üçün xaricə göndərəcəyik". 

©Open.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256