TƏHSİL

Cırtdan ölkə - Maltada oxumaq istəyənlərin diqqətinə - Ucuz təhsil, maraqlı məkanlar
05 SENTYABR
401

Cırtdan ölkə - Maltada oxumaq istəyənlərin diqqətinə - Ucuz təhsil, maraqlı məkanlar

2018-09-05 16:40:00

Hətta təhsilin ən  yüksək  inkişaf dövrünü  yaşayan  ölkələrdə  belə insanlar bəzən xaricdə  təhsil almağa üz tutur.

 Azərbaycanda da  xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək  istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya  ölkələrində təhsil  almağı hədəf seçib.

Bu şansdan yararlanmaq istəyənlər üçün  Fins.az xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini  davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir.

Bu dəfə  Avropada ada dövləti olan Maltada oxumaq istəyənlər üçün orada təhsil almağın üstünlükləri barədə yazını təqdim edirik:

 Maltanın rəsmi dili Malta və ingilis dilidir.  Ölkənin təhsil sistemi  ibtidai, orta , ali təhsil pillərindən ibarətdir. Maltada məktəblər özəl və dövlət olmaqla iki yerə bölünür.  Burada özəl məktəblərdə təhsil ingilis dilindədir.

Məktəbəqədər təhsil müəssisəsi burada uşağın 5 yaşına qədər olan dövrü əhatə edir. Maltada 5-16 yaş  arasında olan şagirdlər üçün təhsil məcburidir. Ölkədə dövlət məktəbləri pulsuzdur.

Ölkənin  ən qədim universiteti 1592-ci ildə yaradılan Malta Universitetidir. Avropanın ən qədim ali təhsil müəssisəsi  olan Malta universitetində 80fərqli ölkədən 600-dən çox tələbə təhsil almaqdadır. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisaslar üzrə bakalavr,magistr   və doktorluq təhsili almaq olar.

Malta ali təhsil müəssisəsində  oxumaq istəyən tələbələrdən  ingilis dili  (IELTS və ya TOEFL) sertifikatı tələb olunur.

Malta ən güvənli ölkələrdən  biridir və bu da ölkədə təhsil almağın  avantajları sırasındadır.  Ölkədə  ali təhsil almaq istəyən tələbələrin təhsil haqları  onların seçdiyi proqramdan asılıdır. Ölkədə yaşayış üçün  aylıq xərclər 300-600 avro arasında dəyişir.

Ölkədə sağlamlıq siğortası  ölkə vətəndaşları üçün pulsuzdur.Əcnəbi tələbələrin bəzilərinin burada özəl siğortaya ehtiyacı var.  

Qeyd edək ki, Maltada təhsil almaq üçün  ingilis dili  biliyi TOEFL-550 xal olmalıdır. Tələbənin  dil bilmə səviyyəsi bundan az olarsa, onu hazırlıq kursuna (Foundation Course) qəbul edirlər.

©AzEdu.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258