TƏHSİL

SAT yoxsa YÖS? Fərq və üstünlüklər
16 AVQUST
317

SAT yoxsa YÖS? Fərq və üstünlüklər

2018-08-16 11:36:00

Niyə YÖS deyil SAT?

Əgər siz türkiyədə təhsil almaq istəyirsizsə eşidə biləcəyiniz ən məşhur imtahan sistemləri çox mümkündür ki, SAT və YÖSdür.

SAT (Scholastic Aptitude Test) Amerika universitetlərinə qəbul olmaq üçün həm amerikan vətəndaşları həm də xarici vətəndaşların verdiyi, habelə, Türkiyə universitetlərinə qəbul olmaq üçün yalnız xarici vətəndaşların verdiyi bir imtahan sistemidir.

‘The College Board’ tərəfindən keçirilən SAT imtahanları ABŞda ildə 7 dəfə, digər ölkələrdə isə 5-6 dəfə baş tutur və imtahan nəticəsi 2 il keçərli sayılır.

YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı isə Türkiyə vətəndaşı olmayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır . YÖS imtahanı da 2 hissədən ibarət olur. Lakin bu imtahanda sizin Riyaziyyat və məntiq biliyinizlə yanaşı türk diliniz yoxlanılır. Və qeyd etmək lazımdır ki, YÖS imtahanı vasitəsilə siz Türkiyədə yalnız bakalavr təhsili ala bilərsiniz.

YÖS imtahanı yalnız Türkiyədə verilir və  siz bu imtahanı Universitetlərin özündə verməlisiniz. Hər bir universitetin öz YÖS imtahan qəbul şərtləri olduğundan siz ilk öncə təhsil almaq istədiyiniz universitetin saytını yoxlayıb  YÖS imtahanıyla qəbul barəsindəki məlumatlarla tanış ola bilərsiniz.

Hal hazırda SAT imtahan sistemi YÖS imtahanıyla müqayisədə daha üstün tutulur. Bunun səbəbi digər imtahanlardan fərqli olaraq  SAT imtahanının  sizin ingilis dili biliyi ilə bərabər riyaziyyat biliyinizi də test etməsidir.

SAT imtahanından uğurla keçdikdən sonra sizin ingilis dilində oxumaq şansınız var. Türkiyədəki bəzi universitetlər ancaq SAT imtahan nəticəsi ilə qəbul aparır və bunlar Türkiyənin ən güclü universitetləri sayılır: ÖDTÜ, Boğaziçi, Gazi, Hacettepe, Sabancı, Koç kimi Türkiyənin öndə gedən universitetlərində təhsil 100 faiz ingiliscə olduğundan bu universitetlərə SAT imtahanından keçməklə qəbul ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256