TƏHSİL

İbtidai Sinif Müəllimlərinin 1. Təhsil Forumu (İSMF-2018)
13 AVQUST
1005

İbtidai Sinif Müəllimlərinin 1. Təhsil Forumu (İSMF-2018)

2018-08-13 13:50:00

Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcəkdir. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi və PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Fins.az xəbər verir ki, Forum 8 sentyabr 2018-ci il tarixində ibtidai sinif və məktəbəqədər hazırlıq müəllimlərinin, həmçinin təhsil sahəsində öz sözünü demiş aparıcı təhsil işçiləri, professor və ekspertlərin iştirakı ilə həyata keçiriləcək. Yaxın günlərdə spikerlərin adları və mövzularla bağlı mətbuat açıqlaması ediləcəkdir. Forumda iştirak ödənişsizdir. www.cinaryayimlari.com saytı vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək zəruridir.

Qeyd edək ki, layihə Odlar Yurdu universiteti, Azərkitab, Bakı Britaniya Məktəbi (“British School in Baku”, Böyük Britaniya), İstanbul Aydın Universiteti (Türkiyə, İstanbul), Montro Biznes Məktəbi (İsveçrə, Montro), Okulistik Təhsil şirkətinin (Türkiyə, İstanbul) akademik dəstəyi və Müəllim Hazırlıq Mərkəzi (MHM), Maxofset mətbəəsi, Ofisait mağazalar şəbəkəsi, EduGrata təhsil mərkəzi, ABC Tədris və İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə təşkil olucaq. TurkAz Magazine beynəlxalq jurnalı, eduonline.az, edumap.az və fins.az xəbər portalları layihənin rəsmi media tərəfdaşlarıdır.

 Ölkəmizdə ilk dəfə keçiriləcək İSMF-nin (İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu) təşəbbüskarı olan“Çinar Yayımları” MMC gələcəyimiz olan uşaqlar üçün yüksək texnologiya və müasir standartlara uyğun keyfiyyətli dərs vəsaitləri nəşr edir. “Təməlində sevgi var” sloqanı ilə fəaliyyət göstərən nəşriyyat mütəmadi olaraq şagird və müəllimlər üçün müxtəlif sosial, interaktiv layihələr, beynəlxalq standartlara uyğun sınaq imtahanlarıda həyata keçirir.

           Daha ətraflı: Tel.: (+99455) 224 56 26

            www.facebook.com/cinaryayimlari

 

          www.instagram.com/cinar_yayimlari

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258