TƏHSİL

Özəl universitetlərdə təhsil haqqları - Qiymətlər
16 İYUL
696

Özəl universitetlərdə təhsil haqqları - Qiymətlər

2018-07-16 16:39:00

Hazırda ölkəmizdə dövlət universitetləri ilə yanaşı  özəl ali təhsil məktəbləri də fəaliyyət göstərir. Azərbaycanda özəl universitetelərin sayı 11-di. Bu universitetlərdə əlaçı tələbələrə güzəştlər tətbiq edirlər. Lakin güzəşt əldə edə bilməyən tələbələr də var. Bu tələbələr standart qəbul ballarını toplayan abituriyentlərdi. Odur ki, Fins.az bu il özəl universitetlərə daxil olan tələbələrin nə qədər təhsil haqqı ödəyəcəklərini öyrənib.

Beləliklə Fins.az ölkəmizdə fəaliyyət göstərən 11 özəl ali təhsil müəssisəsində təhsil qiymətlərini təqdim edir.

Qərbi Kaspi Universiteti – Bu təhsil müəssisəsi bu ilə kimi Qərb Universiteti adlanırdı. Lakin bu ildən adını dəyişdirərək Qərbi Kaspi Universiteti olub. Bu universitetlərdə ixtisasdan asılı olmayaraq təhsil haqqları 2 min -2500 manat arasında dəyişir.

Azərbaycan Universiteti – Bu təhsil ocağında təhsil haqqları 2-ci qruplarda 2 min , 1 və 3 qrup üzrə təhsil qruplarında isə 2500 manatdır.

Odlar Yurdu Universiteti – Ali məktəbdən Fins.az-a verilən məlumatra görə, təhsil haqqı ixtisasdan asılı olmayaraq 2 min manatdır.

Bakı Avrasiya Universiteti – Burada təhsil haqqları 1600-1700 manat arasında dəyişir.

Bakı Qızlar Universiteti – 2000-2400 manat

Bakı Biznes Universiteti – Bütün ixtisaslarda təhsil haqqı iki min manatdır. Yalnız dünya iqtisadiyyatı və tərcümə ixtisaslarında təhsil haqqı 2500 manatdır.

Naxçıvan Özəl Universitetində isə təhsil haqqları 1500-1600 manat arasında dəyişir.

Azərbaycan  Əmək və Sosial  Münasibətlər Akademiyasında isə bütün ixtisaslar üzrə təhsil haqqı 2200 manatdır.

Bakı İslam Universiteti  və  Azərbaycan Koorperasiya Universitetlərində telefon zənglərinə cavab verilmədiyindən bu ali təhsil müəssisələrində  təhsil haqqlarını öyrənmək hələlik mümkün olmayıb.

Aparılar araşdırmadan məlum olub ki, ən bahalı təhsil haqqı məhz Xəzər Universitetindədir. Belə ki, ali təhsil müəssisəsində təhsil haqqları 2000-5000 manat arasında dəyişir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260