TƏHSİL

"CFA-I imtahanına hazırlıq" təlim proqramı
11 İYUN
338

"CFA-I imtahanına hazırlıq" təlim proqramı

2018-06-11 11:12:00

"CFA-I imtahanına hazırlıq" təlim proqramı haqqında ümumi məlumat

CFA (The Chartered Financial Analyst) – Sertifikatlaşdırılmış Maliyyə Analitiki CFA institutu tərəfindən təklif olunan peşəkar dərəcədir. CFA proqramı investorlar və maliyyə peşəkarlarına CFA İnstitutu tərəfindən təklif edilən peşə mandatıdır. Bu investisiyanın idarə edilməsi, maliyyə analizi, portfelin idarə edilməsi, səhmlər, istiqrazlar və törəmə alətləri ilə əlaqəli mövzuların geniş silsiləsini və maliyyənin digər sahələrinə dair ümumi bilikləri əhatə edir. CFA dərəcəsinə layiq görüldükdən sonra namizədlər üçün maliyyə meneceri, risk meneceri, portfel meneceri, tədqiqatçı, məsləhətçi , treyder, büdcənin planlaşdırılması, iqtisadçı, analitik və. s. kimi bir çox karyera imkanları mövcuddur.

Təlimin təşkili:

Dərslər 6 ay çərçivəsində həftədə 2 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 2.5 saat olmaqla, birinci saatın sonunda 15 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. İlk 5 ay təlim materiallarının təqdim edilməsi, sonuncu ay isə təkrar və imtahana hazırlıq müddəti kimi nəzərdə tutulub. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

Təlimin məqsədləri:
• Namizədlərin CFA-I imtahanının uğurlu keçirilməsini təmin etmək;
• Azərbaycanda CFA dərəcəsinə malik olan peşəkarların sayını artırmaq;
• Azərbaycanın kapital bazarına beynəlxalq təcrübənin inteqrasiyasını təmin etmək.

Tələb olunan biliklər:
• İngilis dilinin yüksək səviyyədə olması;
• İştirakçıların statistik və riyazi biliklərinin olması arzu olunandır

Orta hesabalamalara görə, CFA-I imtahanından keçid faizi 38-43% təşkil edir. Odur ki, CFA imtahanından qeydiyyatdan keçmiş namizədlərdən böyük məsuliyyət və yüksək hazırlıq səviyyəsi tələb olunur. Təlim öyrənmək vaxtına qənaət, sual-cavab, başqa namizədlərlə birgə oxumaq kimi üstünlükləri özündə birləşdirir. Təlim CFA dərəcə sahibləri (charterholder) və CFA-III dərəcəli təlimçilər tərəfindən keçirilir və hər bir təlimçi CFA-l imtahanına hazırlıq kursunun müxtəlif hissələrini tədris edir. Təlimçilərimiz öz təcrübəsindən istifadə etməklə CFA proqramının mövzularını namizədlərə düzgün prioritetləşdirilmiş şəkildə təqdim etməklə imtahana hazırlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267