TƏHSİL

Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına - MÜJDƏ
04 İYUN
467

Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına - MÜJDƏ

2018-06-04 11:23:00

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər. 

Fins.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a bildirilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

Yuxarıda göstərilənlərə uyğun olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.

Qeyd edilənlərə əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259