TƏHSİL

Tanrını axtarmağı vəsiyyət edən yazıçı
19 FEVRAL
412

Tanrını axtarmağı vəsiyyət edən yazıçı

2018-02-19 16:07:00

Dünya ədəbiyyatına şedevr əsərlər qazandıran görkəmli rus yazıçısı Lev Nikolayeviç Tolstoy zadəgan ailənin övladı kimi 9 sentyabr 1828-ci ildə Moskvada dünyaya gəlib. 

Nə təhsil, nə də iş həyatında uğur qazana bilməyən yazıçı ilk gənclik illərində içki və qadınlara olan marağı ilə bilinib. 23 yaşında ordu sıralarına daxil olan Tolstoy ədəbiyyatla da həmin vaxt tanış olub. Onun ədəbiyyata gəlməsində Aleksandr Puşkin, İvan Turgenev, Çarlz Dikkens kimi yazıçıların böyük təsiri olub. İlk romanlarını pul və şöhrət üçün yazıb. 

Sonralar varlı bir ailənin qızına aşiq olsa da bu sevgi macərası çox uzun çəkməyib. Məhşurluğuna haqqında daima xoş sözlər deyilməsinə baxmayaraq Tolstoy xoşbəxt deyildi. Qurtuluşu ailə həyatında görən yazıçı evlənmək qərarına gəlir. 

Sofiya adlı gənc qadına aşiq olur. 1862-ci ildə ailə qururlar. Ailə həyatlarının ilk on beş ili onlar üçün firavan keçir. «Hərb və sülh» ilə «Anna Karenina» kimi iki möhtəşəm əsər də məhz bu dövrdə qələmə alınır. Tolstoy əsərlərini yazır, Sofiya isə onları çap maşınında yığır və oxuyub münasibət bildirirdi. 

Bir müddət sonra Tolstoyun Sofiyaya olan sevgisi bitir. Təkcə həyat yoldaşına qarşı deyil, övladlarına, işinə, hətta onu sevənlərə qarşı olan sevgisini də itirir. Heç bir dostu ilə görüşmür. Həmin vaxtlarda həm Tolstoy, həm də Sofiya gündəlik tutmağa başlayıblar. 

Maraqlısı budur ki, bir-birlərinin yazdıqlarını oxuyurdular. Bu hadisə münasibətlərini daha da qarışıq vəziyyətə gətirib çıxarmışdı. Əslində fərqli insan idilər. Tolstoy şöhrətdən nə qədər nifət edirdisə, Sofiya bir o qədər sevirdi. Pul, şan-şöhrət Sofiyanın imtinaedilməzləri idi. Tolstoyun gözündə isə bunların heç bir dəyəri yox idi. Sofiya Tolstoyu hamıya və hər şeyə qısqanırdı. Qısqanclığı xəstəlik dərəcəsində idi. Dostlarını, bacısını, hətta qızını belə qısqanırdı. Bu qısqanclıq elə həddə çatır ki, bir gün Sofiya öz qızının Tolstoyun otağında asılı olan rəsminə atəş açır. 

Sofiya gündəliyinə bu cümləni yazmışdı: ”Xalqla münasibəti məni diksindirir qısqanclıqdan özümü öldürəcəm”. Tolstoy isə bu hadisələrə reaksiya vermirdi. Həyatın gözəlliyinə olan inamını itirdikcə əvəllər inkar etdiyi Allaha sığınır. Hətta bu ümidsizlik o qədər xronik hal alır ki, yazıçı özündən iyrənməyə başlayır. 

Həyatının son iyirmi ilində şöhrətinin pik nöqtəsini yaşayır. Ona toxuna bilmək, üzünü görmək üçün sevənləri qapısının önündə günlərlə gözləyirdilər. Yaşadığı ünvanı oxucuları pir kimi ziyarət edirdilər. Atı ilə gəzintiyə çıxanda kənd sakinləri önündə əyilirək təzim edirdilər. Bütün bu olanların qarşısında Tolstoy bütün sərvətini kasıblara paylayır. 

Ədəbi işlərinin başına yaxın dostu Vladimir Çertkovu gətirməsi həyat yoldaşının yeni qısqanclığına səbəb olur. Hətta Sofiya Tolstoy ilə Çertkov arasında homoseksual əlaqə olduğunu iddia edir. 

Sonrakı dörd il Tolstoy üçün cəhənnəm əzabına çevirilir. Gündəliklərindəki qeydlərdən əldə olunan məlumata əsasən, Sofiya Tolstoyu ona qarşı çox soyuq və kobud münasibətinə görə günahlandırırmış. Buna görə də Tolstoy Sofiyadan ruhən uzaqlaşmışdı. 

Xoşbəxt olmayan təkcə Tolstoy deyildi, Sofiya da acı çəkirdi. Həmişə əvvəlki xoşbəxt günləri üçün darıxır, o günlərə yenidən qayıtmaq istəyirdi. On üç övladından yeddisini itirmişdi. İntiharameyilli idi. Bir dəfə donaraq ölməyə cəhd etmiş, buna müvəffəq olmayanda isə zəhər içərək ölməyə çalışmışdı. Tolstoy ilə yaşadığı hər pis hadisədən sonra həyatını sonlandırmaq fikri bir an olsun onu tərk etmirdi. 

Tolstoy isə axtardığı xoşbəxtliyi və sakitliyi dünyəvi eşqdə tapmadığı üçün ilahi eşqə sığınmışdı. Xristianlığı, musəviliyi və İslamı araşdırdı. Ona görə xristianlıq həyata məna qatırdı. Sevgini həyatın məqsədi olaraq görən Tolstoy kiminsə həyatına qəsd etməsini dərk edə bilmirdi. 

Yeni din yaratmaq niyyətində idi. Bu arzusunun gerçəkləşməsi üçün bütün həyatını qurban verə biləcəyini söyləmişdi. 

Təbii ki, kilsə ona qarşı cəbhə aldı. Həmin vaxtlarda həyat yoldaşının yenidən əlyazmalarını araşdırdığını gördükdə hər şeyi geridə buraxaraq qaçıb getməyə, hər şeydən uzaqlaşmağa qərar verdi. Çünki həyat ona çox ağır gəlir və tənhalığı arzulayırdı. Onun üçün evinin həbsxanadan fərqi yox idi. 

Şöhrətini, evini, həyat yoldaşını, övladlarını buraxaraq yalnızlığa və hüzura qaçması əslində dünyəvi həyatı tərk etməsi demək idi. Çünki Tolstoy qüsursuzluğa çata bilmək üçün İncilin buyurduğu kimi həyat yoldaşını və övladlarını tərk etməli olduğuna, müqəddəsliyə çatmaq üçün isə mülkiyyət və qazancdan imtina etməli olduğuna inanırdı. İnsan nə qədər yanlnızsa, Allaha bir o qədər yaxındır düşüncəsi sahib idi ruhuna. Lakin məqsədlərini alt-üst edən hadisə oldu. Mindiyi qatar heç hərəkət etmədən minlərlə oxucu və jurnalist yanına gəlmişdilər. 

Yolda bərk xəstələnən yazıçının ailəsinə xəbər verilir. Xəstə yatağındakı Tolstoyun son arzusu həyat yoldaşını görmək olur. 

20 Noyabr 1910-cu ildə həyata gözlərini yuman Tolstoyun son sözləri isə belə olur: «Tanrı hər şeyi düzəldəcək, axtarın onu, hər zaman axtarın».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267