TƏHSİL

Uorren Baffet: Varlanmağın 10 qızıl qaydası
25 YANVAR
1694

Uorren Baffet: Varlanmağın 10 qızıl qaydası

2018-01-25 10:25:00

Uorren Baffet 75 milyon dollardan çox sərvəti ilə dünyanın ən zəngin adamlarından biridir. O, 1962-ci ildə Berkshire Hathaway-da səhmlər almağa başladıqda, bir səhmin dəyəri 7,50 dollar idi. 78 yaşlı Uorren Baffet hal-hazırda Berkshireşirkətinin prezidenti və baş icraçı direktorudur, həmçinin şirkətin səhmlərinin 250 min dollardan çox hissəsinə sahibdir. O, öz müvəffəqiyyətini yazıçı Alis Şöder ilə (“The Snowball” / “Qartopu”) bölüşdüyü bir neçə əsas strategiya ilə izah edir. Bunlar aşağıdakılardır:

1. Gəlirlərinizi yenidən investisiya edin. Birja bazarından pul qazanarkən onu xərcləmək istəyə bilərsiniz. Ancaq bunun əvəzinə, əldə etdiyiniz gəlirləri yenidən investisiya edin. Uorren Baffett bunu hələ gənc yaşlarında öyrənib. Orta məktəbdə o, bir dostu ilə birlikdə bərbər dükanı üçün bir pinbol aparatı almışdı. Daha sonra həmin aparat sayəsində qazandıqları pulla müxtəlif mağazalar üçün 8 əlavə maşın da alırlar. Bu iki dost həmin aparatları satdıqdan sonra Baffet əldə etdiyi pulla kiçik bir biznes qurdu. Artıq 26 yaşı olanda onun 1,4 milyon dollarlıq sərvəti var idi. Gördüyünüz kimi kiçik miqdarlar belə sərvətə çevrilə bilər.

2. Fərqli olmağa həvəsli olun. Digər insanların etdiklərinə və ya dediklərinə əsasən qərar qəbul etməyin. Uorren Baffet 1956-cı ildə pulu idarə etməyə başladıqda yaxınlarından və dostların 100 min dollar pul yığdı. O, öz işini Wall Street-də yox, Omaha şəhərində qurmuşdu. Baffet ailəsinə və dostlarına öz işi barədə heç bir məlumat verməmişdi. Onlar onun uğursuz olacağını düşünürdülər. Ancaq nəticə etibarilə, ilk şirkətini satdıqda Baffet 100 milyon dollar qazanmışdı. Baffetin fikrincə, əksər insanların investisiya ilə bağlı fəaliyyətləri demək olar ki, eynidir. Ancaq əslində kütləni izləmək lazım deyil.

3. Çevik qərarlar qəbul edin və vaxtınızı boş yerə xərcləməyin. Qərar qəbul etmək üçün lazım olan bütün məlumatları əvvəlcədən toplayın və əgər həmin məsələ ilə bağlı öyrənə biləcəyiniz başqa bir məlumat yoxdursa, tezliklə qərar qəbul edin. Uorren Baffet çevik qərar qəbul etmə və qısa müddətdə fəaliyyətə başlamaqla bağlı xüsusiyyəti ilə fəxr edir. O, lazımsız / uzun müddətli qərar qəbul etmə prosesinin bir çox fürsətlərin itirilməsi demək olduğunu düşünür.

Ümumiyyətlə maliyyə planlaşdırması barəsində daima savadınızı artırmaq sizə yanlız uğur gətirə bilər. Əgər hələ də Babilinən varlı adamı” kitabını oxumamısınızsa www.readit.az saytından qısa məzmununu oxuya bilərsiniz.

4. Hər hansı bir işə başlamazdan əvvəl müqaviləni aydınlaşdırın. Hər hansı bir fəaliyyətə başlamazdan əvvəl müzakirə etmək imkanınız daha çoxdur. Buna görə, qarşı tərəfin istədiklərini onlara təqdim etməlisiniz. Baffet bunu da gənc yaşlarında öyrənib. Baffetin babası Ernest onu və dostunu qar uçqunun altında qalan dükanı qardan təmizləmək üçün işlətmişdi. Ancaq 5 saatlıq yorucu və dondurucu işin sonunda onlara cəmi 90 sent pul vermişdi. Bu sövdələşmədən heyrətə gələn Baffet anladı ki, istənilən razılaşmanın şərtlərini əvvəlcədən aydın şəkildə qeyd etmək lazımdır. Bu, qarşınızdakı şəxsin yad biri və ya ailə üzvünüz olmasından asılı deyil.

5. Kiçik xərclərinizi izləyin. Uorren Baffett adətən ən kiçik xərclərə belə diqqət yetirən şirkətlərə investisiya edir. Hər bir xərcə nəzərən ehtiyatlı olmaq, sizin mənfəətinizə və ümumi fəaliyyətinizə təsir edir.

6. Borclarınızı məhdudlaşdırın. Kredit kartları və borcla yaşamaq sizi zənginləşdirmir. Uorren Baffet nə investisiya, nə də ev krediti üçün külli miqdarda borca girməyib. O, borcu idarə etməyin mümkün olduğunu düşünən, ancaq onlardan xilas ola bilməyən bir çox insandan məktub alıb. Baffet sizə məcburi ödənişləri ödəmək üçün borc sahibləri ilə görüşməyi təklif edir. Borcunuzun olmadığı vaxtlarda isə etdiyiniz investisiyalardan kənara müəyyən qədər pul qoyun.

7. Təkid edin. Əsaslı fəaliyyət və bacarıqla ən güclü rəqiblərinizin belə öhdəsindən gələ bilərsiniz. Məsələn, Baffet 1983-cü ildə Nebraska Mebel Mağazasını onun biznes modelini bəyəndiyi üçün almışdı. Onun sahibi Roz Blamkin həmin mağazanı Şimali Amerikanın ən güclü və ən böyük mebel maazasına çevirmişdi. Onun əsas strategiyası məhsul satışının ucuzluğunu təmin etməklə, bazar payını artırmaq idi. Uorren Baffetin fikrincə, Roz qurban olmağı yox, qalib olmağı seçərək öz cəsarətini ortaya qoymuşdu.

8. Nə vaxt ayrılmalı olduğunuzu bilin. Uorren Baffet gənc yaşlarında bir dəfə maşın yarışı izləməyə getdi. Qalibin kim olacağı ilə bağlı mərcə girdi və uduzdu. Daha sonra itirdiyi pulu qazanmaq üçün yenidən mərcə girdi və yenə uduzdu. Evə qayıtdıqdan sonra təxmin bir həftəlik qazancını uduzduğunu gördü və bir də heç vaxt bu cür oyunlara qatılmadı. Sizə zərər verə biləcək bir səhv etdiyinizi gördükdə, ondan nə vaxt əl çəkməli olduğunuzu bilməlisiniz.

9. Riski ölçün. 1995-ci ildə Uorren Baffetin oğlu Hovi FBI tərəfindən birjada qiymətləri sabitləşdirməkdə günahlandırıldı. Baffet oğlundan şirkətdə işləməyə davam edərsə, yaşaya biləcəyi ən yaxşı və ən pis hadisələri təsəvvür etməsini istədi. Oğlu qısa müddət ərzində şirkətdə qalmağın ona xeyirdən çox ziyan verəcəyini müəyyənləşdirdi və səhəri gün işindən istefa verdi. Özünüzə “bəs sonra?” sualını verin. Bu sizə qərar qəbul etmə prosesində kömək edəcək və düzgün seçimlərə istiqamətləndirəcək.

10. Uğurun həqiqi mənasını müəyyənləşdirin. Sərvətinin böyüklüyünə baxmayaraq, Uorren Baffet öz uğurunu dollarlarla ölçmür. O, 2006-cı ildə bütün sərvətinin Bill və Melinda Qeyts Vəqfləri başda olmaqla, xeyriyyə təşkilatlarına verilməsini vəsiyyət etmişdir. O, həmçinin öz adına hər hansı bir müəssisənin açılmasına da qarşı çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272