TƏHSİL

Pul və Xoşbəxtlik
22 DEKABR 2017
356

Pul və Xoşbəxtlik

2017-12-22 09:06:00

Xoşbəxtlik anlayışı iqtisadiyyatda geniş mənada  1700cü illərdə araşdırma mövzusu olub. 20ci əsrin ikinci yarısından isə yenidən gündəmə gəlib.  Xoşbəxtlik insanların rifahı ilə əlaqədar olduğu üçün iqtisadçılar fərd və cəmiyyətin xoşbəxtliyini formalaşdıran səbəbləri araşdırmışlar.  Bu mövzuda danışarkən  əksəriyyətimizin ağlına gələn ilk sual budur: " Pul xoşbəxtlik gətirərmi? "    
Cəmiyyət içərisində bu suala müxtəlif cür cavablar verilir: 
Pul xoşbəxtlik gətirər, pul varsa hər şey var ; Pul xoşbəxtlik gətirməz; Pulun xoşbəxtlik gətirib gətirməməsi  şəraitə və insanlara görə dəyişir; Pul o halda xoşbəxtlik gətirər ki, məqsədlərə çatmaqda vasitə olsun, məqsəd olmasın ;  Pul xoşbəxtlik gətirər amma doğru xərcləndiyində; Pul xoşbəxtlik gətirməz, amma pulsuz da yaşanmaz .

Əlbəttə hər birimiz bilirik ki, insanın xoşbəxtliyində pulun müəyyən qədər rolu var.  Lakin xoşbəxtliyi bir başa pulla əlaqələndirmək düzgündürmü ?  Əgər xoşbəxtlik puldan birbaşa asılıdırsa  daha çox pul bizi daha da xoşbəxt edərmi?.. 1946 — 1990cı illərdə ABŞ-da 3lü şkala üzrə (xoşbəxt deyiləm, xoşbəxtəm, çox xoşbəxtəm) keçirilən sorğuda 1946cı ildə əhalinin adam başına düşən orta gəliri 6000 dollar olduğu halda özünü çox xoşbəxt hesab edənlərin cəmiyyətdəki payı 7,5 faiz, 1990cı ildə isə adam başına düşən orta gəlir 20000 dollar özünü çox xoşbəxt hiss edənlərin payının 7 faiz olduğu ortalığa çıxmışdır. Orta gəlirin artmağına baxmayaraq özünü çox xoşbəxt hesab edənlərin sayında azalma baş vermişdir.  Bir çox ölkələrdə də aparılan araşdırmalarda da eyni nəticələr alınmışdır.

 Son illərdə bu məsələ daha da aktuallaşmışdır.  Çünki böyük iqtisadi inkişafa nail olan ölkələrdə bu inkişafa baxmayaraq cəmiyyətin xoşbəxtliyi artmamışdır. Bunun üçün də həmin ölkələrin  iqtisadiyyatında böyümə məqsədli siyasətlərdən xoşbəxtlik mərkəzli siyasətlərə keçişi gündəmdədir. 19cu əsr İqtisadçısı Sismondinin dediyi kimi siyasi iqtisadiyyatın əsas məqsədi zənginliyin artırılması deyil, cəmiyyətin xoşbəxtliyidir. 

Cəmiyyətin böyük bir hissəsinin " nə sizi daha çox xoşbəxt edə bilər" sualına verdikləri cavab — «daha çox pul qazanmaq » olmuşdur.  Görəsən həqiqətənmi belədir? Gəlin daha bir maraqlı araşdırmaya nəzər salaq: 
 Avstraliyada  illər boyunca evlərinde ölümü gözləyən xəstələrlə işləyən həkim Bronnie Ware teqaüdçü olduqdan sonra təcrübələrindən faydalanaraq yazdığı "Ölüm döşəyində beş böyük peşmanlıq" adlı  kitabında insanların ölüm döşəyində ən  çox nələrə  peşman olduğunu bu cür sıraladı.
1) Kaş ki, başqalarının məndən gözlədiyi həyatı sürmək yerine xəyallarımı reallaşdırma cəsarətim olsaydı.
2) Kaş ki, bu qədər çox işləməyəydim. Ware-yə görə kişi xəstələrin böyük bir qisimi, işləri səbəbiylə ailələrinə və dostlarına kifayet qədər vaxt ayıra bilmədikləri üçün peşman olur.
3)Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olsaydı. 
4)Kaş ki, dostlarımla əlaqələrimi davam etdirsəydim .
5) Kaş ki, özümə xoşbəxt olmaq üçün daha çox şans versəydim .

Gördüyünüz kimi bu sıralamada Kaş ki, daha çox pul qazansaydım fikrinə rast gəlmədik. Çox təəssüflər olsun ki, böyük əksəriyyət bunu ölüm döşəyində anlayır.

Biz məntiqi olaraq düşündükdə pul xoşbəxtlik gətirməlidir. Bəs nə üçün bəzən xoşbəxtlik gətirməyə də bilər? Hətta insanın həyatını altüst də edə bilər? Səbəb nədir?   Bir çox insanların pula vasitə kimi yox, məqsəd olaraq yanaşmaları və bundan dolayı düzgün xərcləməmələri səbəb ola bilərmi ?  Pulu ancaq özümüzə xərcləməklə, geyim keçim, yeni model maşın, yeni model telefon və s. əldə etməklə nə qədər xoşbəxt ola bilərik? Bu xoşbəxtlik nə qədər çəkər? Yeni seriyalı mobil telefon çıxana qədərmi? Yoxsa yeni bir paltar dəb olana qədərmi? Xoşbəxtlik anı bu qədər qısadırsa bu həqiqi xoşbəxtlik ola bilərmi? Bəs pulu düzgün xərcləmək nədir? Kimlər əlində olan pulu daha düzgün xərcləyər? Mən bu suala belə cavab verərdim ki, varlı insanlar əllərində olan pulu daha düzgün xərcləyərlər. Yox, yanlış anlamayın, mən varlı insanlar deyərkən daha çox pulu olanları nəzərdə tutmadım. Varlı insan o kəsdir ki, o həqiqi istəklərinin nə olduğunu bilir. Pulu həqiqi istəkləri üçün xərcləyir, sonradan yaradılan süni istəklər (dəb, hər dəfə çıxan yeni serialı telefonlar və s)  üçün yox. Çünki bu adam sonradan yaranan saxta ehtiyacların arxasıyca düşmür. Necə ki, tox insan  marketə daxil olarkən etdiyi alış- veriş ac insanınkına  nisbətən daha məntiqlidir.

Harward biznes məktəbinin marketinq professoru Norton «Happy Money» kitabında pulun xərclənməsi və bunun insana yaşatdığı hisslər haqqında araşdırmalarını yazıb.  Bir çox ölkələrdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, cibində  olan 25 dolları başqaları üçün xərcləyən insanlar ancaq özləri üçün xərcləyənlərdən daha çox xoşbəxt olurlar.  
Demək ki, xoşbəxtlik bizim nələrə sahib olmağımızdan deyil, sahib olduqlarımızı necə dəyərləndirməyimizdən asılıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253