STATİSTİKA

Azərbaycanın bu rayonundan 345 nəfər tələbə adını qazanıb
23 AVQUST
329

Azərbaycanın bu rayonundan 345 nəfər tələbə adını qazanıb

2019-08-23 15:07:00

Sabirabadda ümumtəhsil məktəblərini bitirən məzunlardan 345-i respublikamızın ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb.

Fins.az xəbər verir ki, rayon təhsil şöbəsindən bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 65 tam orta məktəbi 1218 məzun bitirib. Onlardan 597-si ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Məzunlardan 345-i ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olunanlardan 37-si 500-600 arası, 5-i isə 600-dən yuxarı bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni qazanan isə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin məzunları olub. Məktəbi bitirən 78 məzundan 42-si ali təhsil ocaqlarına qəbul olunub.

Rayon üzrə ən yüksək bal toplayan şagird də elə bu məktəbin məzunu Heydər Ələsgərovdur. O, 654 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin 3 illik hesabatında XI siniflərin buraxılış imtahanlarının göstəriciləri üzrə rayonların dinamik inkişafı sırasında Sabirabad rayonu ilk onluqda yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır