STATİSTİKA

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb
08 İYUL
204

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb

2019-07-08 14:30:00

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 303,3 min manat və yaxud 13,05% çoxdur.

DGK-dən Fins.az-a verilən məlumata görə, hesabat ayında büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 325,4 min manat və yaxud 13,2% artaraq 80 019,1 min manat olub. Həmçinin ƏDV üzrə daxilolmaları 25 369,2 min manat və yaxud 12,5% artaraq 227 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 263,5 min manat və yaxud 18,8% artaraq 20 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat və yaxud 11,6% artaraq 3 323,1 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027