STATİSTİKA

Əmlakla bağlı 16 mindən çox sual cavablandırıb
05 İYUL
113

Əmlakla bağlı 16 mindən çox sual cavablandırıb

2019-07-05 16:45:00

Bu il yanvar-iyun ayları ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 193 saylı Çağrı Mərkəzi və onlayn müraciət resurslarına 16mindən çox müraciət daxil olub.

Fins.az-ın Komitəyə istinadən verdiyi xəbərə görə, Müraciətlərin 12mindən çoxu Çağrı Mərkəzi, 4 minə yaxını isə Komitənin saytı və Özəlləşdirmə portalındakı məsləhət pəncərələri, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılıb.

Məlumata görə, müvafiq dövr ərzində Çağrı Mərkəzinə 11 700-ə yaxın sorğu tipli, 500-ə yaxın araşdırılması tələb olunan müraciət daxil olub. Sorğuların mövzuları əsasən, ərizə və məktubların icrası, daşınmaz dövlət əmlaklarının özəlləşdirilməsi, əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər və digər məsələlərlə bağlıdır.

Çağrı Mərkəzinə edilən müraciətlərin regionlar üzrə statistikasına baxdıqda 9 800-ə yaxın müraciət Bakı şəhərindən, 2 300-ə yaxın müraciət isə regionlardan ünvanlanıb. Bütün məlumat resursları ilə daxil olan hər bir müraciət qanunvericiliyə uyğun formada cavablandırılıb və ya həlli üçün struktur bölmələrə yönləndirilib.

“Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) göstərilən xidmətlərdə şəffaflığı və yüksək keyfiyyəti təmin etmək məqsədilə vətəndaşların təklif və müraciətlərinə hər zaman diqqətlə yanaşır. Fəaliyyət üzrə yaranan hər bir sualın çevik cavablandırılması, müraciətlərin araşdırılması və həlli ilə bağlı komitənin 193 saylı Çağrı Mərkəzi və onlayn müraciət resursları fəaliyyət göstərir. Qeyd etmək istəyirik ki, 193 Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 9.00-dan 18.00-dək, səsli menyu rejimi isə iş vaxtından sonra, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir”- qurumun açıqlamasında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027