STATİSTİKA

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb
05 İYUL
332

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb

2019-07-05 13:14:00

2019-cu ilin ilk yarım ili ərzində Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı ötən illə müqayisədə 2 dəfə artıb.

Belə ki, ötən ilin ilk yarım ilində portala giriş sayı 673 240, səhifələrə ümumi baxış sayı isə 4 849 258 olubsa, cari ilin ilk altı ayında portala giriş sayı 1 199 651, səhifələrə ümumi baxış sayı isə 9 584 492 təşkil edib.

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 olub. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 təşkil edib.

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır