STATİSTİKA

Azərbaycanda 5 aya 8 milyon manatlıq ticarət dövriyyəsi olub
03 İYUL
95

Azərbaycanda 5 aya 8 milyon manatlıq ticarət dövriyyəsi olub

2019-07-03 13:00:00

2019-cu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8041,7 milyon manat olub.

Fins.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4523,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027