STATİSTİKA

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8,8% artıb
03 İYUL
104

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8,8% artıb

2019-07-03 10:36:00

Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə qonşu ölkəyə səfər edən turistlərin sayı 193 368 nəfər və ya 10% artıb.

İlin ilk altı ayı ərzində Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,4% çoxdur.

Yalnız iyun ayında isə qonşu ölkə 873 966 əcnəbi ziyarətçi (+20,2%) qəbul edib.

Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı illik müqayisədə 8,8% artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027