STATİSTİKA

Azərbaycanın peykləri rəsmi statistik məlumatların toplanılması üçün istifadə olunacaq
03 İYUL
109

Azərbaycanın peykləri rəsmi statistik məlumatların toplanılması üçün istifadə olunacaq

2019-07-03 09:50:00

Azərbaycanın peyklərinin resurslarını rəsmi statistik məlumatların toplanılması üçün istifadə olunmasına dair təkliflər hazırlanacaq. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, peyk resursları kənd təsərrüfatında, məsələn əkin sahələrinə aid olan statistik məlumatların toplanmasında və formalaşmasında istifadə oluna bilər. 
“Eyni zamanda daşınmaz əmlak sahəsində peyk təsvirlərindən istifadə etməklə bu istiqamətdə statistikanı daha da genişləndirilmək mümkündür. Düşünürəm ki, bu növbəti bir mərhələnin məsələsidir”, - deyə T. Budaqov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır