STATİSTİKA

Bu il Azərbaycanda 3727 zəlzələ olub
02 İYUL
136

Bu il Azərbaycanda 3727 zəlzələ olub

2019-07-02 17:55:00

“Bu ilin 6 ayında ölkə ərazisində 3727 təkan olub”.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu təkanların 42-sinin maqnitudası 3.3-dən böyük, 13-ü isə hiss olunan zəlzələlər olub: “Ən güclü zəlzələ fevralın 5-də Şamaxı, Ağsu və İsmayıllı ərazisində baş verib. Onun da maqnitudası 5.2, dərinliyi 8 km, gücü isə 6 baldan artıq idi. Bu zəlzələdən sonra Şamaxı-Ağsu-İsmayıllı bölgəsində seysmik aktivlik qeydə alınıb”.

Q.Yetirmişli əlavə edib ki, hazırda ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir: “Hər gün təkanlar olur, amma zəif təkanlardır, hiss olunmur. 3 gün öncə Xəzərdə, Qazaxıstan tərəfdə zəlzələ qeydə alınıb, o da hiss olunmamışdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır