STATİSTİKA

19 minə yaxın nəfər bank sektorunda çalışır
27 İYUN
212

19 minə yaxın nəfər bank sektorunda çalışır

2019-06-27 17:11:00

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun işçi bazası 18 191 nəfər təşkil edib.

Fins.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

May ayı ərzində işçi sayında 109 nəfər və ya 1,2% artım qeydə alınıb. Hesabata əsasən, bank işçilərinin sayı illik müqayisədə 1 529 nəfər və ya 9,2% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır